Sakit Okeanda baş verən zəlzələdən sonra ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) Havaydakı sahilyanı ərazilərin dərhal boşaldılmasını tələb edib.
Elchi.az xəbər verir ki, FEMA evakuasiya ilə bağlı X sosial media platformasında mesaj paylaşıb.
Mesaj Havayda sahilyanı ərazilərdə yaşayan sakinləri “dərhal hərəkətə keçməyə” çağırıb, evakuasiya yollarının adətən dalğa simvolu və daha yüksək yerə işarə edən ox ilə işarələndiyini qeyd edib.
Mesajda sahil bölgələrində yaşayan sakinlər “Dərhal qaçmağa” çağırılıb.
ABŞ-da Havay adalarının qubernatoru Coş Qrin Rusiyanın şərqindəki Kamçatka yarımadası yaxınlığında baş verən 8,8 bal gücündə zəlzələdən sonra ştatı vuracağı proqnozlaşdırılan sunaminin müəyyən ərazilərlə məhdudlaşmayacağını, lakin “adaları mühasirəyə alacağını” bildirdi və sakinləri dərhal sahilyanı əraziləri boşaltmağa çağırdı. CNN-in məlumatına görə, Qrin mətbuat konfransında Rusiyanın şərqində Kamçatka yarımadasında baş verən 8,8 bal gücündə zəlzələdən sonra Havay adalarını vuracağı gözlənilən sunami təhlükəsi barədə danışıb.
Qrin sakinləri dərhal sahilyanı əraziləri boşaltmağa çağıraraq, sunaminin konkret ərazilərlə məhdudlaşmayacağını, “adaları mühasirəyə alacağını” qeyd edib.
Qrin sunamidən sonra adalarda su basmasının qaçınılmaz olacağını və təcili yardım qruplarının hazırlandığını bildirib.
Şayəstə Hüseynova


















