ABŞ ordusu Karib dənizində narkotik daşıdığı şübhəli bilinən bir qayığa hücum etdiyini açıqladı və “Əməliyyatda dörd narko-terrorçu öldürüldü” dedi.
Elchi.az xəbər verir ki, ABŞ ordusu dəniz yolu ilə narkotik qaçaqmalçılığı ilə məşğul olan kartellərə qarşı kampaniyasına daha bir əməliyyat əlavə etdi. ABŞ Cənub Komandanlığının (SOUTHCOM) verdiyi açıqlamada bildirilir ki, SOUTHCOM komandanı general Francis L. Donovanın rəhbərliyi altında Karib dənizində narkotik daşıdığı şübhəli bilinən bir qayığa hücum edilib. Bəyanatda kəşfiyyatın qayığın narkotik daşıdığını təsdiqlədiyi vurğulanaraq, “Əməliyyatda dörd narko-terrorçu öldürüldü” əlavə edildi.
SOUTHCOM komandanı general Francis L. Donovan kartellərə qarşı dəqiq və ölümcül zərbələri davam etdirdiklərini bildirərək əlavə etdi: “Biz bu narko-terror şəbəkələrini məhv edəcəyik, sökəcəyik və məğlub edəcəyik. SOUTHCOM bölgədə və ABŞ-ın vətəninə qədər uzanan sahil boyunca kartel terrorizminə və zorakılığına son qoymağa sadiqdir.”
Şayəstə





















