ABŞ administrasiyası dörd Meksika vətəndaşını və Meksikada yerləşən 13 şirkəti “Jalisco Yeni Nəsil Karteli (CJNG)” ilə əlaqədə olduğu iddiası ilə sanksiya siyahısına daxil edib.
Elchi.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamaya görə, ölkənin Xalisko əyalətindəki Puerto Vallarta şəhəri və ətrafında fəaliyyət göstərən 4 şəxs və 13 şirkətin CJNG ilə əlaqəsi olduğu bildirilir.
Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən bu şəxs və şirkətlərə sanksiya tətbiq edildiyi bildirilən açıqlamada 4 şəxsin kimliyi Julio Sezar Montero Pinzon, Carlos Andres Rivera Varela, Francisco Javier Gudino Haro və Michael Ibarra Diaz Jr.
Nuranə Məmmədova


















