Almaniya NATO-nun “Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı” (PURL) çərçivəsində digər müttəfiqləri ilə 500 milyon dollar dəyərində hərbi yardım paketini maliyyələşdirməyə hazır olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, Almaniya Müdafiə Nazirliyi “PURL” proqramı ilə bağlı yazılı açıqlama yayıb.
Bəyanatda bildirilir ki, Almaniya digər müttəfiqləri ilə birlikdə PURL çərçivəsində ilk hərtərəfli hərbi yardım paketlərindən birini maliyyələşdirməyə hazırdır və ümumi məbləği 500 milyon dollardır.
Bəyanatda ABŞ-a Ukraynaya silah və sursat verməyə davam etmək istəyinə görə təşəkkür edilib və Almaniyanın bu təşəbbüsdə iştirak qərarının Ukraynaya dəstəyini əhəmiyyətli dərəcədə gücləndirdiyi vurğulanıb.
Bəyanatda qeyd olunub ki, hökumət NATO və müttəfiqləri ilə təfərrüatlarla bağlı yaxından məsləhətləşir.
Nuranə Məmmədova


















