ABŞ İranla nüvə sazişi və atəşkəslə bağlı danışıqları təklif edir

🗓 17.06.2025 11:09 ✍️ "Elçi" qəzeti
ABŞ İranla nüvə sazişi və atəşkəslə bağlı danışıqları təklif edir

ABŞ-ın bu həftə prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə İranın xarici işlər naziri Abbas Erakçi arasında görüş ehtimalını dəyərləndirdiyi bildirilir.
Elchi.az xəbər verir ki, Axios-a danışan məsələdən xəbəri olan dörd məmur iki ölkə arasında planlaşdırılan təmasda əsas məqsədin nüvə sazişini müzakirə etmək və İran ilə İsrail arasında münaqişəyə son qoymaq olduğunu iddia edib.
Adı açıqlanmayan ABŞ rəsmisi Axios-a Witkoff və Erakçi arasında görüş ehtimalını təsdiqləyərək, "Bu həftə iranlılarla görüş nəzərdə tutulur" deyib.
Xəbərdə Tramp administrasiyasının dünənki görüş təklifini İran tərəfi ilə paylaşdığı və Trampın İranın Fordo uran zənginləşdirmə obyektini məhv etmək üçün lazım olan bunker partladan bombaları Tehranı razılaşmaya məcbur etmək üçün mühüm təzyiq vasitəsi kimi gördüyü iddia edilib.

Şayəstə Hüseynova

Bənzər yazılar