Con Kirbi qeyd edib ki, ABŞ artıq Avropadakı qoşunlarının sayını artırıb
Elchi.az xəbər verir ki, ABŞ Polşadakı ABŞ hərbçilərinin sayını artırmağı planlaşdırmı, bunu RMF radiosunda Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Artıq Avropa qitəsində mövcudluğumuzu əlavə 20 000 nəfər artırmışıq və bu 20 000 nəfəri rotasiya əsasında Avropada saxlamaq üçün mexanizmlər yaradacağıq, lakin mənim Polşa ilə bağlı heç bir açıqlamam yoxdur”, – Kirbi bildirib.
Xatırladaq ki, 2022-ci ildə NATO bloku Şərqi Avropada hərbi mövcudluğunu artırıb. Xüsusilə, ABŞ ordusunun ilk qrupu 2022-ci ilin fevral ayının əvvəlində şərqdə NATO-nu gücləndirmək üçün Polşaya gəlib.
Daha sonra Polşanın milli müdafiə naziri Mariuş Blaşçak bildirib ki, ölkədə ABŞ-ın daimi bazaları yarana bilər.
Həmçinin bildirilirdi ki, hakim partiyanın rəhbəri Kaçinski ABŞ-a Polşada nüvə silahı yerləşdirməyi təklif edib.
Buna cavab olaraq Rusiyanın xarici işlər naziri Lavrov Polşanın ABŞ-ın nüvə silahlarına ev sahibliyi etmək planlarını həyəcanverici adlandırıb.
Şayəstə