Son 24 saat ərzində dünyanın müxtəlif ölkələrində ən böyüyü 7,5 bal gücündə olan dörd zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) açıqlamasına görə, Kaliforniyanın Redvud Vadisi bölgəsindən 11 kilometr şimalda 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyi 8,8 kilometr olaraq qeydə alınıb.
Venesuelada 39 saniyə ara ilə iki zəlzələ baş verib: Yaracuy ştatında Yumaredən 23 kilometr cənub-şərqdə 7,5 bal gücündə zəlzələ və eyni ştatda yerləşən San Felipedən 24 kilometr şimal-şərqdə 7,2 bal gücündə zəlzələ.
Zəlzələlərin dərinliyi Yumaredə 10 kilometr, San Felipedə isə 21,9 kilometr olaraq ölçülüb.
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ölkəsində baş verən zəlzələlərdə 32 nəfərin həyatını itirdiyini və 700-dən çox insanın yaralandığını açıqlayıb. Yaponiyada 6,9 bal gücündə zəlzələ
Yaponiyanın şimal-şərqindəki İvate prefekturası sahillərində 6,9 bal gücündə zəlzələ baş verib.
İvate prefekturasının Kuji şəhəri yaxınlığında baş verən zəlzələ 51,7 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməsə də, yerli media 6 nəfərin yaralandığını bildirib.
Şayəstə





















