İsrailin cənubundakı Kiryat-Qat şəhərində yerləşən “Intel” şirkətinin zavodunda partlayış baş verib, ardınca yanğın başlayıb.
Elchi.az yerli KİV-lərə istinadən xəbər verir ki, üç işçi yaralanıb. Hadisə yerində yanğınsöndürmə briqadaları işləyir, həmçinin dağıntılar altında qalmış ola biləcək şəxslərin axtarışı aparılır.
Bundan əlavə, təhlükəli maddələrin sızması ehtimalı yoxlanılır. Partlayışın səbəbləri hələ ki məlum deyil, hadisənin təfərrüatları araşdırılır.
Məryəm



















