"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Duqin və Duqina mövzusunda özünü biabır edən qaraguruhun məntiqsizliyi…

24 Avqust 2022 - 19:45
in MÖVQE
FacebookVatsap

“Azərbaycan cəmiyyətində , xüsusilə də onun siyasi sistemində çox qaragüruh bir dəstə var. Onları anlamaq çox çətindir. Hansısa bir jurnalist və ya siyasətçi çox məntiqli olaraq bizim qonşularımız olan İran və ya Rusiya ilə bağlı məntiqə söykənən, dövrün reallıqlarına uyğun konstruktiv bir mövqe ortaya qoyursa, ağına-bozuna baxmadan həmin dəqiqə ifadə olunan mövqenin sahibini : 5-ci kolonun adamı, agent, rusiyapərəst və ya iranpərəst adlandırırlar”.

Bunu da oxuyun

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

Pezeşkiandan BMT-yə “etimadsızlıq” mesajı

Elchi.az xəbər verir ki, bu barədə jurnalist Məhəmmədəli Qəribli FB hesabında qeyd edib.

Onun sözlərinə görə, ən maraqlısı budur ki, bu “xor”a qoşulanların sırasında tanınmış yazıçılara, jurnalistlərə və siyasətçilərə də rast gəlinir:

“Tanınmış rus ideoloqu Aleksandr Duqinin qızı Darya Duqinanın partladılaraq öldürülməsinə sevinənlərə mədəni və heç bir təhqirə yol vermədən yazdığım cavaba yönəlmiş reaksiyalarda yuxarıda qeyd etdiyim yersiz ittihamların hər biri ilə üzləşdim.
Mənə ən maraqlı gələn bu oldu ki, konstruktiv mövqeyə qarşı belə “üsyan” edənlərin böyük əksəriyyəti özünü İlham Əliyev hakimiyyətinin alovlu tərəfdarı və təbliğatçısı , eyni zamanda Türkiyənin ən yaxın adamları kimi qələmə verirlər. Onda isə bunlar həm də çox məntiqsiz görünürlər. Çünki heç nəyi araşdırmadab verdikləri bu cür qaraguruh reaksiyaları ilə əsl həqiqəti üzə çıxarmaq yolunu deyil, özlərini kimlərinsə gözünə soxmaq məqsədini güdürlər.
Belə olmasaydı, onlar bilərdilər ki, Duqin və onun həlak olan jurnalist qızı Darya Azərbaycan üçün ən prinsipial olan Qarabağ məsələsində məhz bizim mövqeyimizi dəstəkləyiblər. Bunu sübut edən yüzlərlə material təqdim edə bilərəm. Onda isə niyə bu iyrənc terroru lənətləyənləri hədəfə alırlar?
Məsələyə Ukrayna kontekstindən yanaşırsınızsa, bu da doğru deyil. Çünki həm Ukrayna, həm də Rusiya bizim üçün üçüncü ölkə sayılır. Bu məsələdə bizim vətəndaşların mövqeyində olan fərqlilik milli xəyanət kimi yozula bilməz. Necə ki, biz çox ağıllı ziyalılarımızın sırasında həm Rusiyanı, həm də Ukraynanın mövqeyini dəstəkləyənləri görürük. Duqin və qızının Ukrayna ilə bağlı tutduğu mövqe isə səhv və düz olmasına rəğmən öz ölkələrinin maraqlarını qorumaq kontekstində olub. Təbiidir ki, Rusiya vətəndaşları olan Diqin və onun qızı gedib Zelenskiyə dəstək verən deyildi.
Qaragurun bəzi nümayəndələri İlham Əliyev siyasətini dəstəkləyirsə, bilməlidirlər ki, məhz bizim möhtərəm Prezident zamanı və siyasi situasiyanı düzgün analiz edərək, Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik haqqında sənədə imza atıb. Mən araşdırdım , hazırda bizi təhqir edən həmin “ziyalılar”ın heç birinin Prezidentin bu addımına etirazı olmayıb. Əksinə, onların arasında bu siyasi gedişi təqdir edənləri də az olmayıb. İndi siz düz yoldasınız , yoxsa biz? İndi İlham Əliyevin siyasətini siz səmimi dəstəkləyirsiniz, yoxsa, linc etməyə çalışdığınız bizim kimilər? Belə çıxır ki, sizlər çox sürüşkən adamlarsınız! İlham Əliyevi bu məsələdə də səmimiyyətdən deyil, qorxudan və ya yaltaqlıqdan dəstəkləyirsiniz. Belə adamlar isə çox təhlükəli olur.
Rusiyadan söz düşən kimi bu adamlar tarixə müraciət edir, Rusiyanın bizim başımıza gətirdiklərini önə çəkirlər. Bəli, tarixi unutmamalıyıq, onu yaxşı bilməliyik. Ancaq müasir siyasət həm də manevrlər tələb edir. Sözdə ərdoğançı olanlar bilməlidir ki, Rusiya və Türkiyə arasında 12 müharibə olub. Bu iki ölkə 350 il bir-biri ilə müharibə vəziyyətində yaşayıblar. Güya bunu Ərdoğan bilmir? Bilirsə, onda niyə Putinlə dostluq edir? Mən hesab edirəm ki, bir siyasətçi kimi çox da doğru addım atır. Yoldaşlar, demək ki, siz heç Türkiyə və Ərdoğan sevgisində də səmimi deyilsiniz. Necə olur ki, Ərdoğan Putinlə qucaqlaşıb öpüşəndə onu alqışlayırsınız, amma Məhəmmədəli Qəribli Duqinin qızının ölümünə acıyanda onu ruspərəst adlandırıb, təhqir edirsiniz?
Duqindən söz düşmüşkən. Bilin ki, Aleksandr Duqin uzun illərdir Avrasiyanın iki böyük dövləti olan Türkiyə və Rusiya arasında birlik ideyasını fəal şəkildə təbliğ edir. Duqin və onun Avrasiyaçılıq ideyaları Türkiyə cəmiyyətində, o cümlədən təhlükəsizlik qüvvələri arasında çox populyardır”.

M.Qəribli bildirib ki, Ərdoğana qarşı hərbi çevriliş cəhdi zamanı Duqin İstanbulda olub və Ərdoğanı dəstəkləyib. Bundan sonra o, Türkiyədə çox məşhurlaşıb:

“Ərdoğan Duqini şəxsən tanıyır.
“Vətən” partiyasının lideri Doğu Perinçek artıq Duqinə qarşı törədilən terror aktının Rusiya-Türkiyə münasibətlərinə qarşı yönəldiyi barədə bəyanat verib.
Bu qədər bəsid. Reaksiyalarınıza baxıb, bu dəfə sizə fəaliyyətinizə uyğun olaraq adbaad cavab verəcəm!
P.S. Mənə yazılan şərlərdə diqqətimi biri cəlb etdi. Tanımadığım bir izləyici yazıya görə mənə təşəkkür etdikdən sonra bunu qeyd edib: “Şərhlərə baxıb təəccüblənirəm. Yaxşı ki bizim ölkəni belə radikallar deyil, soyuqqanlı və savadlı adamlar idarə edir”.

Elchi.az

Previous Post

Duqin və Duqina mövzusunda özünü biabır edən qaraguruhun məntiqsizliyi…

Next Post

Boris Conson Ukraynada səfərdədir

Bənzər yazılar

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

23 Sentyabr 2026 - 11:23

Makron Ukrayna və Rusiyanı enerji infrastrukturuna və Qara dənizdəki hədəflərə qarşı zərbələrlə bağlı moratoriuma razılaşmağa çağırıb. Elchi.az xəbər verir ki, Nyu-Yorkda...

Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

23 Sentyabr 2026 - 11:08

Suriya lideri əl-Şara zarafatla Trampa Nyu-Cersi ştatını İsrailə verməyi təklif edib. Elchi.az xəbər verir ki, keçid dövrü üçün Suriya lideri...

Pezeşkiandan BMT-yə “etimadsızlıq” mesajı

Pezeşkiandan BMT-yə “etimadsızlıq” mesajı

22 Sentyabr 2026 - 11:49

İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Millətlər Təşkilatının "Etimadın bərpası" şüarına toxunaraq bildirib: "Etimad mövcud olmayan bir şeydir; tıpkı insan hüquqlarına...

ABŞ Ukraynanı əslində kimin idarə etdiyini açıqlayıb

ABŞ Ukraynanı əslində kimin idarə etdiyini açıqlayıb

22 Sentyabr 2026 - 11:21

Polkovnik Makqreqor iddia edir ki, Ukrayna Britaniyanın MI6 kəşfiyyatı tərəfindən idarə olunur. Elchi.az xəbər verir ki, Ukrayna Britaniyanın MI6 kəşfiyyat xidmətinin...

Next Post
Boris Conson Ukraynada səfərdədir

Boris Conson Ukraynada səfərdədir

Boris Conson Ukraynada səfərdədir

Boris Conson Ukraynada səfərdədir

Son xəbərlər

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

23 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

23 Sentyabr 2026 - 19:23
Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

23 Sentyabr 2026 - 19:15
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

23 Sentyabr 2026 - 19:05
Azərbaycan domenlərinə qarşı hücumlar oldu

Azərbaycan domenlərinə qarşı hücumlar oldu

23 Sentyabr 2026 - 18:57
Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

23 Sentyabr 2026 - 18:50
Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

23 Sentyabr 2026 - 18:38
Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

23 Sentyabr 2026 - 18:25
Fransa Martin Ryanın əfv edilməsini alqışlayır

Fransa Martin Ryanın əfv edilməsini alqışlayır

23 Sentyabr 2026 - 18:11
Lavrov və Rubio Nyu-Yorkda qapalı görüş keçirir

Lavrov və Rubio Nyu-Yorkda qapalı görüş keçirir

23 Sentyabr 2026 - 18:04
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradılıb

Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradılıb

23 Sentyabr 2026 - 17:59
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

23 Sentyabr 2026 - 17:47
Polşa Rusiya helikopterinin ölkənin hava məkanını pozduğunu bildirib

Polşa Rusiya helikopterinin ölkənin hava məkanını pozduğunu bildirib

23 Sentyabr 2026 - 17:35
“Araz-Naxçıvan”da ukraynalı baş məşqçi

“Araz-Naxçıvan”da ukraynalı baş məşqçi

23 Sentyabr 2026 - 17:24
Bakıda evdən 33 min manat oğurlanıb

Bakıda evdən 33 min manat oğurlanıb

23 Sentyabr 2026 - 17:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.