"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Eldar Mahmudov həbsə gedir – niyə məhz indi…

06 Noyabr 2017 - 10:53
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

MTN istintaqında şok həbs: “qara kassa” tutuldu; Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilən Vüqar Mahmudov sabiq MTN şefinin təkcə əmisi oğlu deyil, həm də bütün sirrinin daşıyıcısıdır; 2 il sonra istintaqa çağırılan Eldar Mahmudovun həbs ehtimalının ilk dəfə olaraq bu qədər ciddiləşməsi barədə sensasion iddialar…

Bunu da oxuyun

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Ötən həftəsonu, 2015-ci ilinin oktyabr ayının 17-də  vəzifədən çıxarılmış milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı sensasion gəlişmələr baş verib. “Yeni Müsavat” xəbər verir ki, əvvəl onun əmisi oğlu, eyni zamanda, 2014-cü ildən köməkçisi işləmiş Vüqar Mahmudov həbs edilib. Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ləğv edilmiş MTN-in polkovnik-leytenantına qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 313-cü ( Vəzifə saxtakarlığı), 179-cu (mənimsəmə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Kimdir axı bu Vüqar Mahmudov? 

Eldar Mahmudov nazir təyin ediləndən dərhal sonra- 2004-cü ildə MTN-də işə götürülən əmisi oğlu bu illər ərzində bütün mümkün dövlət mükafatlarını sinəsinə  taxdıra bilib. O, “Hərbi xidmətlərə gorə”, “Vətən uğrunda”, “ İgidliyə görə” medalları, “Vətənə xidmətə görə” ordeni alıb. Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudovun adı “MTN işi” istintaqı başlayandan dərhal sonra gündəmə gəlmişdi ki, bu da təsadüfi deyildi. Nazirin əmisi oğlunun  MTN-də hətta nazir müavinlərindən də səlahiyyətli şəxs olduğu heç kimə sirr deyildi. MTN-in qeyri-qanuni yığdıqları pullar V.Mahmudova verilirdi ki, bu səbəbdən də onu “qara kassa” adlandırırdılar.  Onun bu pulları nazir üçün yığdığı bəlli olduğundan “obşi kotyol”dan kimsə yayına bilməzdi. V.Mahmudovun nazirin adından danışmaq, əmr vermək və cəzalanacaq iş adamlarının siyahısını hazırlamaq kimi səlahiyyətləri olub. Bildirilir ki, özü də qeyri-qanuni yolla 100-lərlə insanın var-mülkünü əllərindən alıb.

“Nazirim, əzizim” demişdi…

Image result for Həbs

Onu Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digər yüksək rütbəlilərin məhkəməsində dindirmişdilər. V.Mahmudov  “Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədov epizodu üzrə ifadə vermişdi. V.Mahmudov bildirmişdi  ki, fəaliyyət göstərdiyi vaxt ərzində heç kim ona pul verməyib, qanun çərçivəsində işləyib, tapşırıqları yerinə yetirib. Prokuror belə cavan yaşda polkovnik-leytenant rütbəsi alması ilə maraqlanarkən indi həbsdə olan əmi oğlu qısa cavab vermişdi: “Eldar Mahmudov nazirim və əzizim olub”. V.Mahmudov Tağı Əhmədovdan 3 milyon dolların alınması ilə bağlı iddiaları rədd etmişdi.

Image result for Akif Çovdarov

V.Mahmudov bu iş üzrə ibtidai istintaq zamanı da şahid qismində ifadə verərkən büdcədən pul mənimsənilməsi ilə bağlı “heç nədən xəbəri” olmadığını, “Akif Çovdarov tərəfindən sabiq nazirə çatdırılması üçün mənə hər hansı pul vəsaiti, o cümlədən ümumilikdə 890.000 manat, 405.000 ABŞ dolları və 790.000 avro məbləğində pul vəsaitlərinin göndərilməsi halları olmayıb”, demişdi. V.Mahmudovun adı son olaraq Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevin və digərlərinin hazırda davam edən məhkəməsi zamanı gündəmə gəlib. Bildirilir ki, V.Mahmudov  MTN-in Bakı rayon rəhbərlərinin əli ilə  sahibkarları talan edirmiş ki, bu da məhkəmədə  ciddi fakt kimi səslənib. V.Mahmudovun məhz bundan sonra həbsinə qərar verilib, ardınca isə  sabiq nazir cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb…

2 ildir  açılmayan mübhəm

Mahmudovun gözlənilmədən həbsi, onun ardınca isə sabiq nazirin son 2 ildə ilk dəfə olaraq istintaqa çağırılması ilə bağlı xəbərin dərhal tirajlanması, əlbəttə ki, səbəbsiz deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, V.Mahmudovun adı “MTN işi” üzrə məhkəmələrdə keçirdi. Onun məhkəmələrdə özünü arxayın aparması,  təkzibolunmaz faktlara baxmayaraq, həbs edilməməsi   ciddi suallar doğururdu.  Bildirilirdi ki, E.Mahmudovu “qoruyan əllər” möhkəm olduğundan onun ən yaxın adamını da həbs etmək mümkün olmur. Yəni V.Mahmudovu indi yox, toplanmış sübutlarla bundan 1 il əvvəl də həbsə ata bilərdilər. Eləcə də MTN-in az qala bütün rəhbərliyi, general heyəti həbs  olunduğu halda E.Mahmudovun hətta şahid kimi ifadə verməməsi, indi isə qəfil istintaqa çağırılması qafaları qarışdırıb.

Yalnız bir dəfə, bu ilin iyununda  sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatanda hakim Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərmişdi. Amma aylar ötsə də, bu qərardaddan xəbər  çıxmadı.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da təsdiq edib ki, E.Mahmudovun istintaq idarəsinə çağırılması V.Mahmudovun cinayət işi ilə bağlıdır.

Mahmudovun “suçu nə”?

Öncə qeyd edilməlidir ki, 2 ildən sonra həm E.Mahmudovun ən yaxın sirdaşının ciddi ittihamlarla həbsə alınması və özünün istintaqa çağırılması siyasi qərardır. E.Mahmudovun istintaqa çağırılması bir müstəntiqin  və ya bir idarənin qərar verəcəyi iş deyil. Çünki E.Mahmudov  11 il ölkənin ən strateji postlarından hesab olunan MTN-də rəhbər olub və onunla bağlı hətta işdən çıxarıldıqdan sonra da hər hansı bir qərar yenə  hakimiyyətin ən üst düzəyindən  verilir.

Image result for Eldar Mahmudov

E.Mahmudovun indiyədək həbs edilməməsi səbəbləri barədə bir neçə versiya səslənib.

Birinci versiya bu idi ki, E.Mahmudov Beynəlxalq Bankda rəhbər işləmiş Cahangir Hacıyevlə birgə ölkədən külli-miqdarda vəsait çıxarıb ki, bunu qaytarmağa söz verib. Məlumdur ki, C.Hacıyev də “Beynəlxalq Bank işi” başlayandan sonra bir neçə ay azadlıqda qaldı ki, bunun da səbəbi qudaların dövlət bankından oğurladıqları pulları qaytarmaq vədi ilə izah olunurdu. Amma pulun yalnız cüzi bir miqdarı qaytarıldı ki, bu da C.Hacıyevə 15 il cəza ilə nəticələndi. E.Mahmudovun həbs edilməməsində önə çıxan  versiyalardan biri pulları qaytarmaq vədi idi.

Image result for Cahangir Hacıyev

İkinci versiya isə E.Mahmudovun əlində ola biləcək kompromat materialla bağlı idi. Hətta bildirilirdi ki, sabiq nazir özünü həbsdən sığortalamaq üçün bu materialları ölkədən çıxarda bilib. Bu versiyalardan hansının həqiqətə yaxın olub-olmadığını demək çətindir. Ola bilsin, medianın izinə düşə bilmədiyi daha real səbəblər olsun. Məsələn, E.Mahmudovun hansısa təmasları (lap elə müxalifətlə) və ya xaricdə şübhəli əlaqələri de-şifrə olunsun.

O da mümkündür ki, hakimiyyət E.Mahmudovu  ev dustağı etsə də, bu, ona nəzarət üçün kifayət etməsin. Nəhayət, istisna deyil ki, cəmiyyətdə MTN işinə görə əsas günahkarın Eldar Mahmudovun olması ilə bağlı birmənalı rəyi də iqtidarın onunla bağlı mövqeyini dəyişsin.

Hər halda, E.Mahmudovun  həbsə getmək ehtimalı ilk dəfə olaraq bu qədər ciddiləşib. Onunla bağlı qərarın nə olacağı isə tezliklə bilinəcək.

Previous Post

Eldar Mahmudov həbsə gedir – niyə məhz indi…

Next Post

Gəncə İcra Hakimiyyətinin sektor müdirindən başçıya və müavininə şok ittiham

Bənzər yazılar

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb. Elchi.az...

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39

Oktyabrın 4-ü saat 12:00-a olan məlumatına əsasən Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Elchi.az xəbər verir ki, bu...

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Next Post

Gəncə İcra Hakimiyyətinin sektor müdirindən başçıya və müavininə şok ittiham

Gəncə İcra Hakimiyyətinin sektor müdirindən başçıya və müavininə şok ittiham

Son xəbərlər

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

06 Oktyabr 2026 - 12:18
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

06 Oktyabr 2026 - 12:10
Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

06 Oktyabr 2026 - 11:55
Qubada 19 kq narkotik aşkarlanıb

Qubada 19 kq narkotik aşkarlanıb

06 Oktyabr 2026 - 11:55
Azərbaycan Kubokunun I təsnifat mərhələsinin hakimləri açıqlandı

Azərbaycan Kubokunun I təsnifat mərhələsinin hakimləri açıqlandı

06 Oktyabr 2026 - 11:40
Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilişini bu ay başa çatdıracaq

Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilişini bu ay başa çatdıracaq

06 Oktyabr 2026 - 11:32
Sanksiya tətbiq edilmiş tankerlərlə Cənubi Koreyadan Rusiyaya yanacaq daşınır

Sanksiya tətbiq edilmiş tankerlərlə Cənubi Koreyadan Rusiyaya yanacaq daşınır

06 Oktyabr 2026 - 11:26
Gənclər arasında xərçəng halları artır

Gənclər arasında xərçəng halları artır

06 Oktyabr 2026 - 11:17
Alimlər əvvəl heç vaxt görülməmiş bir planet aşkar ediblər

Alimlər əvvəl heç vaxt görülməmiş bir planet aşkar ediblər

06 Oktyabr 2026 - 11:08
Nyu-Yorkda ştat miqyasında fövqəladə vəziyyət elan edilib

Nyu-Yorkda ştat miqyasında fövqəladə vəziyyət elan edilib

06 Oktyabr 2026 - 10:56
Ağciyər taunu nədir və nə dərəcədə təhlükəlidir?

Ağciyər taunu nədir və nə dərəcədə təhlükəlidir?

06 Oktyabr 2026 - 10:46
Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək

Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək

06 Oktyabr 2026 - 10:33
Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

06 Oktyabr 2026 - 10:24
XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

06 Oktyabr 2026 - 10:16
Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

06 Oktyabr 2026 - 10:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.