"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” iş üzrə qərarını elan etdi

19 İyun 2015 - 19:21
in MANŞET
FacebookVatsap

 Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun AZƏRTAC-a müsahibəsi

Bunu da oxuyun

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

Tramp miqrantların “Fransanı ələ keçirdiyinə” inanır

BMT Qəzza sakinlərinə ərzaq yardımını KƏSƏCƏK

– İnsan hüquqları üzrə Avropa Məhkəməsində “Çıraqov və digərlərinin Ermənistana qarşı” iş üzrə qərar elan edildi. Bu işə baxılması, Azərbaycan hökumətinin prosedurda iştirak etməsi barədə məlumat verməyinizi xahiş edirik.

– 2005-ci ilin aprel ayında Laçın rayonundan olan məcburi köçkünlər Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət etmişlər.

Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanı təsdiq etdiyi və Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olduğu gündən, yəni göstərilən ərizə ilə bağlı icraat başlananadək həmin məhkəmədə məcburi köçkünlərin və qaçqınların hüquqlarının müdafiəsi məqsədilə biz zəruri tədbirləri görməyə başladıq. Ermənistanın işğalçı siyasətini, Dağlıq Qarabağda cinayətkar rejiminə hərbi, iqtisadi, siyasi, inzibati və digər dəstəyi barədə kifayət qədər sübutlar tərəfimizdən toplanılmışdır. Avropa Məhkəməsində mövqeyimizin artıq dərəcədə dürüst və mötəbər şəkildə bildirilməsini təmin etmək üçün dünya miqyasında tanınmış beynəlxalq hüquq üzrə mütəxəssislər Böyük britaniyalı İan Braunli, Malkolm Şou və avstriyalı vəkil Qabriel Lanski ilə əməkdaşlıq yaradılmışdır.

Bu, heç də Azərbaycanda belə səviyyəli hüquqşünasların olmaması demək deyil. Sadəcə, Avropa Məhkəməsində çıxış etmək təcrübəsinə malik olan, beynəlxalq hüquq aləmində tanınmış və nüfuzlu vəkillərin bizimlə əməkdaşlığa cəlb edilməsi qələbəmizdə əminliyi daha gücləndirdi.

Azərbaycan və xarici hüquqşünasların birgə gördüyü iş nəticəsində Azərbaycan Hökuməti tərəfindən Avropa Məhkəməsinə müvafiq sənədlər və materiallar təqdim edilmişdir.

– Avropa Məhkəməsinin bu qərarında hansı məsələlər həll olunur?

– Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, yəni beynəlxalq münaqişə ilə bağlı bu işin xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ərizəçilərin hüquqlarının pozulması Azərbaycan Respublikasının suveren ərazisində baş verir. Lakin bu pozuntulara görə məsuliyyəti həmin ərazinin bir qismini işğal etmiş Ermənistan Respublikası daşıyır. Buna görə, ərizəçilərin hüquqlarının pozulması faktının Avropa Məhkəməsi tərəfindən müəyyən edilməsi üçün ilk növbədə işğal altında olan ərazilərin faktiki olaraq Ermənistanın nəzarətində olmasını sübut etmək zəruri idi.

Avropa Məhkəməsinin son qərarında da göstərilir ki, nəinki Laçın rayonu, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətrafında olan 7 rayon Ermənistan Respublikasının səmərəli nəzarəti altındadır. “Quruda aparılan müharibənin qanunları və adətlərinə dair” 1907-ci il tarixli Əsasnaməyə istinadən bildirilir ki, səmərəli nəzarət anlayışı faktiki olaraq hərbi işğal anlayışına aiddir. Yəni, Avropa Məhkəməsinin qərarında Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal olunması təsdiq edilir.

Bu nəticəyə gəlmək üçün Avropa Məhkəməsi əvvəlcədən müəyyən etdi ki, Dağlıq Qarabağda olan qanunsuz rejim məhz və yalnız Ermənistan Respublikasının hərbi, siyasi, iqtisadi, maliyyə, inzibati və digər yardımına görə mövcuddur. Ermənistan Dağlıq Qarabağın öz ordusuna malik olmasını göstərsə də, Avropa Məhkəməsi vurğuladı ki, işğal olunmuş ərazilərdə əsasən Ermənistan ordusu fəaliyyət göstərir. Bundan əlavə, qərarda həmin ərazilərdə Ermənistan Respublikasının məhkəmələrinin fəaliyyət göstərməsi sübuta yetirilmişdir. Yəni, Ermənistan işğal altında olan ərazilərdə baş verənlərə görə tam məsuliyyət daşıyır.

Ermənistanın məsuliyyət məsələsi həll olunduqdan sonra qərarda Azərbaycan məcburi köçkünlərinin mülkiyyət hüququnun və öz evlərində yaşamaq hüququnun pozulması müəyyən edilmişdir. Avropa Məhkəməsi Azərbaycan vətəndaşlarının öz evlərinə qayıtmaq, mülkiyyətlərindən və torpaq sahələrindən istifadə etmək hüququnu təsdiq etmişdir.

Bundan əlavə, Avropa Məhkəməsi müəyyən etmişdir ki, ərizəçilərin qeyd edilən hüquqlarının pozulması işğal edilmiş ərazilərdən bütün azərbaycanlıların köçürülməsi və öz evlərinə qayıtmaq imkanından məhrum edilməsi səbəbindən baş vermişdir. Konvensiyanın 14-cü maddəsinə əsasən şikayətlərə ayrıca baxmasa da, Avropa Məhkəməsi etiraf etmişdir ki, Azərbaycan məcburi köçkünlərinin hüquqlarının pozulması ayrı-seçkilik nəticəsində baş vermişdir.

– Bu qərarın Azərbaycan, ümumiyyətlə münaqişənin həlli üçün hansı nəticələri ola bilər?

– Avropa Məhkəməsi ərizəçilərin şikayətlərinin mahiyyəti üzrə qərar çıxararaq onlara ödəniləcək kompensasiyanın məbləği məsələsinin həll olunmasını növbəti mərhələyə saxlamışdır. Ərizəçilər kompensasiya barədə tələblərini irəli sürsələr də, məhkəmə hesab etmişdir ki, o, bu məsələni hal-hazırda həll etmək qabiliyyətində deyil. Bununla əlaqədar olaraq ərizəçilərə və cavabdeh dövlətə kompensasiya ilə bağlı mövqeyi bildirmək üçün 12 ay müddəti verildi.

Buna baxmayaraq, hesab edirəm ki, həmin qərarla Avropa Məhkəməsi ermənilərin uydurma iddialarına son qoydu. Artıq Ermənistan heç bir yerdə deyə bilməz ki, “Dağlıq Qarabağ Respublikası” deyilən qurum müstəqil olaraq mövcuddur və Yerevan onun həyata keçirdiyi tədbirlərə görə məsuliyyət daşımır. Yekun xarakter daşıyan beynəlxalq məhkəmənin hökmü beynəlxalq səviyyədə məcburi hüquqi qüvvəyə malik olan sənəddir və heç bir beynəlxalq təşkilat və ya dövlət tərəfindən inkar edilə bilməz.

Avropa Məhkəməsinin qərarında nəinki Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi, Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin aparılması göstərilmiş, həmçinin mövcud vəziyyəti qoruyub saxlamasına görə Ermənistanın cavabdeh olması müəyyən edilir. Dağlıq Qarabağ münaqişəsində yalnız iki tərəfin – Azərbaycan və Ermənistanın olması təsdiq edilir.

Bundan əlavə, Avropa Məhkəməsinin həmin qərarı yekun qüvvəyə mindiyi üçün artıq Avropa Şurası Nazirlər Komitəsinin məhkəmə qərarlarının icrasına nəzarət səlahiyyətlərinə aiddir. Deməli, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu qurumun gündəliyinə daxil olur və hər hansı üzv dövlətin siyasi mövqeyindən və ya uydurma mülahizələrindən asılı olmayaraq Avropa Şurasının gündəmində olacaqdır. Bu, həmçinin digər beynəlxalq təşkilatlara da aiddir.

Avropa Məhkəməsinin bu qərarı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartların tətbiqini aradan qaldırmaq istiqamətində mühüm addımdır.

Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışında xarici siyasətimizin əsas probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin olmasını bildirmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğulamışdır ki, erməni lobbisinin çirkin səylərinə baxmayaraq, biz son illər ərzində apardığımız siyasət nəticəsində sübut edə bilmişik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və bütün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır.

Şübhəsiz ki, Avropa Məhkəməsinin qərarı mövqeyimizin tam haqlı və əsaslı olmasını bir daha bütün dünyaya göstərdi.

Görünür, Azərbaycanın bu növbəti uğuru yenə Ermənistanın rəsmilərini vahiməyə saldı. Bu ölkənin xarici işlər naziri Azərbaycanı qərardan istifadə etməməyə çağırırsa, deməli, qərarın Azərbaycan üçün vacib alətə çevriləcəyindən qorxur və etiraf edir ki, bu qərar Azərbaycanın maraqlarına tam cavab verir.

Biz Avropa Məhkəməsinin bu qərarı ilə kifayətlənməyəcəyik, məcburi köçkünlərin və qaçqınların hüquqlarının müdafiə və bərpa edilməsi məqsədilə tədbirlərimizi davam edəcəyik və erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan və işğal edilmiş torpaqlardan çəkilməsinə nail olacağıq.

Previous Post

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” iş üzrə qərarını elan etdi

Next Post

Konfet kağızına bükülmüş Əjdər Tağızadə

Bənzər yazılar

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

19 Oktyabr 2026 - 19:25

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ə müsahibə verib. Elchi.az xəbər verir ki, Qüdrət Həsənquliyev İsraildə...

Tramp miqrantların “Fransanı ələ keçirdiyinə” inanır

Tramp miqrantların “Fransanı ələ keçirdiyinə” inanır

19 Oktyabr 2026 - 16:59

ABŞ Prezidenti Donald Tramp miqrantların Fransada nəzarəti ələ keçirdiyini və bu ölkənin hakimiyyət orqanlarının dərhal sərhədləri bağlamalı olduğunu düşünür. Elchi.az...

BMT Qəzza sakinlərinə ərzaq yardımını KƏSƏCƏK

BMT Qəzza sakinlərinə ərzaq yardımını KƏSƏCƏK

19 Oktyabr 2026 - 16:00

Böhran və münaqişələrdən əziyyət çəkən insanlara ərzaq yardımı göstərən BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) maliyyə çatışmazlığı səbəbindən Qəzza zolağındakı əməliyyatlarını...

Zelenski Trampı qəzəbləndirdi: Ukraynanı nə gözləyir?

Zelenski Trampı qəzəbləndirdi: Ukraynanı nə gözləyir?

19 Oktyabr 2026 - 14:00

Keçmiş ABŞ kəşfiyyatçısı Scott Ritterin sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla dava edərək ölümcül səhv edib....

Next Post

Konfet kağızına bükülmüş Əjdər Tağızadə

Konfet kağızına bükülmüş Əjdər Tağızadə

Son xəbərlər

ABŞ Avropada ehtimal olunan münaqişəyə hazırlaşmağa başlayıb

ABŞ Avropada ehtimal olunan münaqişəyə hazırlaşmağa başlayıb

20 Oktyabr 2026 - 11:24
Cənubi Koreya Ukraynadan bəzi diplomatlarını geri çağırır

Cənubi Koreya Ukraynadan bəzi diplomatlarını geri çağırır

20 Oktyabr 2026 - 11:12
Kolumbiyada qeyri-qanuni mədəndə uçqun: 14 ölü, 7 yaralı

Kolumbiyada qeyri-qanuni mədəndə uçqun: 14 ölü, 7 yaralı

20 Oktyabr 2026 - 11:00
Bakıda bağçada qida təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb – FOTO

Bakıda bağçada qida təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb – FOTO

20 Oktyabr 2026 - 10:51
Meleykə Abbaszadə: DİM-də imtahan proqramları ilə bağlı seminarlar keçirilir, iştirak səviyyəsi aşağıdır

Meleykə Abbaszadə: DİM-də imtahan proqramları ilə bağlı seminarlar keçirilir, iştirak səviyyəsi aşağıdır

20 Oktyabr 2026 - 10:43
Kolumbiyada hərbi helikopter qəzaya uğradı: 19 yaralı

Kolumbiyada hərbi helikopter qəzaya uğradı: 19 yaralı

20 Oktyabr 2026 - 10:35
NASA-nın miniatür insan beyinləri kosmik stansiyaya çatdı

NASA-nın miniatür insan beyinləri kosmik stansiyaya çatdı

20 Oktyabr 2026 - 10:27
Banqladeşdə qızılca şübhəsi ilə ölən uşaqların sayı 1201-ə çatıb

Banqladeşdə qızılca şübhəsi ilə ölən uşaqların sayı 1201-ə çatıb

20 Oktyabr 2026 - 10:14
DİM: Ötən il buraxılış imtahanının çətinliyi 5 ballıq şkala üzrə 4,19 qiymətləndirilib

DİM: Ötən il buraxılış imtahanının çətinliyi 5 ballıq şkala üzrə 4,19 qiymətləndirilib

20 Oktyabr 2026 - 09:56
UEFA Çempionlar Liqası: “Sabah” bu gün Dortmund “Borussiya”sını qəbul edir

UEFA Çempionlar Liqası: “Sabah” bu gün Dortmund “Borussiya”sını qəbul edir

20 Oktyabr 2026 - 09:45
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

20 Oktyabr 2026 - 09:18
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32
ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

19 Oktyabr 2026 - 21:30
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

19 Oktyabr 2026 - 21:27
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

19 Oktyabr 2026 - 21:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.