“Real”ın ulduzu Kriştiano Ronaldo yanvarın 7-də Fransanın paytaxtı Parisdə baş verən terror hadisəsində müsəlmanları günahlandıranları qınayan açıqlama verib.
Portuqaliyalı hücumçu öz ölkəsinin mətbuatına verdiyi açıqlamada “bütün bu hadisələri bir dinin üzərinə yıxıb müsəlmanları günahlandırmaq səhvdi” deyib:
“Tam olaraq nə deməli olduğumu bilmirəm. Dünyanın hər yerində bu cür üzücü hadisələr olur. Onları görməməzliyə vurub, qəzet redaksiyasında baş verənləri təkcə bir dinin üzərinə yıxıb, onları günahlandırmaq mənə görə çox yanlış hərəkətdi. Bu cür hadisələr təkcə müsəlmanlar tərəfindən edilmir. Dünyada baş verən bütün terrorlara, insan ölümlərinə eyni cür reaksiya verilməlidi”.
Parisdə “Çarli Hebdon” qəzetinin redaksiyasına silahlı basqın nəticəsində 10-dan artıq insan öldürülmüşdü.
Rubio bildirib ki, ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı. Elchi.az xəbər verir ki, Vaşinqtonun və prezident Donald Tramp administrasiyasının yardımı...
İddia olunur ki, amerikalı milyarder İlon Mask Ukrayna ordusuna "Starlink" vasitəsilə təqdim olunan internet xidmətinin sürətinin azaldılmasına dair əmr verib....
Cənubi Koreya səfirlik heyətinin bir hissəsini Ukraynadan geri çağırmağa hazırlaşır. Elchi.az xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi səfirlik əməkdaşlarının...
Rubio: Tramp danışıqlara şans vermək üçün Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müvəqqəti dayandırıb. Elchi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp,...
Son şərhlər