“Real”ın ulduzu Kriştiano Ronaldo yanvarın 7-də Fransanın paytaxtı Parisdə baş verən terror hadisəsində müsəlmanları günahlandıranları qınayan açıqlama verib.
Portuqaliyalı hücumçu öz ölkəsinin mətbuatına verdiyi açıqlamada “bütün bu hadisələri bir dinin üzərinə yıxıb müsəlmanları günahlandırmaq səhvdi” deyib:
“Tam olaraq nə deməli olduğumu bilmirəm. Dünyanın hər yerində bu cür üzücü hadisələr olur. Onları görməməzliyə vurub, qəzet redaksiyasında baş verənləri təkcə bir dinin üzərinə yıxıb, onları günahlandırmaq mənə görə çox yanlış hərəkətdi. Bu cür hadisələr təkcə müsəlmanlar tərəfindən edilmir. Dünyada baş verən bütün terrorlara, insan ölümlərinə eyni cür reaksiya verilməlidi”.
Parisdə “Çarli Hebdon” qəzetinin redaksiyasına silahlı basqın nəticəsində 10-dan artıq insan öldürülmüşdü.
Cənubi Koreya səfirlik heyətinin bir hissəsini Ukraynadan geri çağırmağa hazırlaşır. Elchi.az xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi səfirlik əməkdaşlarının...
Rubio: Tramp danışıqlara şans vermək üçün Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müvəqqəti dayandırıb. Elchi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp,...
İranın xarici işlər naziri Abbas Araqçı İsrailin baş naziri Benyamin Netanyahunu həbsxanaya düşməkdən qaçmaq məqsədilə ABŞ-ı İranla növbəti müharibəyə sürükləməkdə...
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini sərt tənqid edərək, Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları bərpa etməsini...
Son şərhlər