“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının növbəti turunda Almaniyanın “Borussiya” (Dortmund) klubunun müvafiq yaş qrupundan ibarət komandasına uduzub.
Elchi.az xəbər verir ki, Əlincə Stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv turnirin ilk turunda səfərdə İngiltərənin “Mançester Yunayted” klubuna 5:0, ikinci turda isə Bakıda Çexiyanın “Slaviya” komandasına 3:0 hesabı ilə məğlub olub.





















