"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Azərbaycan Ermənistanla müharibəyə tam hazırdır”

02 Sentyabr 2014 - 10:06
in MANŞET
FacebookVatsap

Vəfa Quluzadə: “Elə bir vəziyyət yarana bilər ki, müharibə qaçılmaz olar”img1614880

Bunu da oxuyun

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

Son zamanlar Azərbaycan və dünyada ciddi proseslər gedir. Xüsusilə qonşu Rusiya dövlətinin Ukrayna və bir sıra dövlətlərə qarşı apardığı işğalçılıq siyasətinin günbəgün artması buna bariz sübutdur. Hər keçən gün dünyada gündəmi dəyişəcək önəmli hadisələr baş verir.

Özlərini İraq Şam İslam Dövləti adlandıran silahlıların İraqda həyata keçirdikləri hücum əməliyyatlarında günahsız türkmənlərin qətlə yetirilməsi və son olaraq, avqustun əvvəlində Azərbaycan-Ermənistan arasında baş verən 3 günlük müharibə bir sıra mətləblərdən xəbər verir. Hətta bəzi politoloqlar III Dünya müharibəsinin başlayacağının anonsunu verməyə başlayıblar.
Tanınmış politoloq Vəfa Quluzadənin baş verənlərlə bağlı fikirlərini öyrəndik. O hesab edir ki, hazırda Azərbaycan Rusiya ilə münasibətlərdə doğru siyasət yürüdür: “Hesab edirəm ki, Azərbaycan  Rusiyaya qarşı düzgün siyasət aparır. Lakin Azərbaycanın imkanında deyil ki, Rusiya imperiyasının aqressivliyindən bir çarə tapsın. Bir misal deyim. Mixail Qorbaçov, Boris Yeltsin və Vladimir Putin tamam başqa-başqa siyasətçilərdir. Lakin Qorbaçovun vaxtında azərbaycanlıların Ermənistandan deportasiyası oldu. Qarabağ müharibəsi başladı. Yeltsinin dövründə Azərbaycan torpaqları işğal oldu. Ermənistana külli miqdarda silah-sursat göndərilərək, ermənilər silahlandırıldı. İndi isə Putin həmin siyasəti davam etdirir. Bütün bunlar ondan xəbər verir ki, bunlar nə Qorbaçov, nə Yeltsin, nə də Putinin işi deyil.
 Bunlar rus imperiyasının mahiyyətidir. Sovet dövründə 1920-ci ildə müstəqil Azərbaycan dövlətini yeni gəlmiş SSRİ dağıtdı. Zəngəzur Ermənistana verildi. Dağlıq Qarabağda qondarma muxtariyyət yaradıldı. Burada Azərbaycan heç nə edə bilməzdi. Cəmiyyət arasında sadəlövh fikirlər gəzir. Bu da Azərbaycan cəmiyyətinin Qarabağ probleminə son qoyulması arzusundan irəli gəlir. Bəziləri düşünür ki, Rusiya və Ermənistana pul verərək, torpaqları pulla alaq. Bəziləri deyir ki, hücum edək Ermənistanı dağıdaq. Düşünmürlər ki, Ermənistan Rusiyanın bir quberniyasıdır. Sadəcə, ona ümid etməliyik ki, Azərbaycan adlı dövlət 22 ildir var, bütün dünya tərəfindən dəstəklənir. Eyni zamanda rus imperiyasının süqutu artıq göz qabağındadır. Bu imperiya süqut etməyincə, biz təhlükədən qurtulmayacağıq. Məsələ bundan ibarətdir”.
Politoloq Rusiyanın işğalçılıq siyasətinin qarşısının alınması yollarından da danışdı: “Rusiyanın başına kim gəlirsə gəlsin, bu imperiyanın siyasətini aparmalıdır. Onun başına heç zaman mütərəqqi bir şəxs gələ bilməz. Bu dəqiqə Rusiya ilə Qərb arasında demək olar ki, müharibə gedir. Sanksiyalar tətbiq olunur, Rusiyanın siyasəti diplomatik və siyasi baxımdan ciddi surətdə tənqid edilir. Rusiyanı təcrid etmək siyasəti aparılır. Bunların nəticəsinin necə olacağını zaman göstərəcək. Bir şeydə tam əminəm. Mədəniyyət baxımından hər bir imperiya çökür. Əbədi imperiya yoxdur. Dünyanın ən güclü imperiyası olan Böyük Britaniya çökdü. Müsəlman aləmində ən böyük imperiya olan Osmanlı çökdü. Ümid edirəm ki, bu tendensiya rus imperiyasını da çökdürəcək. Osmanlı imperiyası çöksə də, türk xalqı qaldı. Günü-gündən çiçəklənir. Hesab edirəm ki, Rusiya imperiyasından ən çox zülm çəkən rus xalqının özüdür. Daima bu xalqı müharibə və ölümə sürükləyirlər. Əvəzində də heç nə verməyiblər”.
Vəfa Quluzadə III Dünya müharibəsinin baş verə biləcəyi ehtimallarından söz açdı: “Hesab edirəm ki, dünya müharibəsi olmamalıdır. Birincisi, Rusiya bu müharibəyə hazır deyil. Rusiya yalnız özünün nüvə dövləti olduğunu qabardır. Bununla Qərbi qorxudur. İstəyir ki, Qərb onun işğalçılıq siyasəti ilə barışsın. Lakin Qərb də geri çəkilən deyil. Çünki indiki vəziyyətdə Qərb geri çəkilsə, bundan sonra Rusiyanın qarşısında dayana bilməyəcək. Qərb axıra qədər bu iqtisadi müharibəni aparacaq. Artıq iqtisadi müharibə gedir. Amma bu müharibənin açıq müstəviyə keçməsini heç kəs istəmir. Nə Rusiya, nə də Qərb. Elə bir vəziyyət yarana bilər ki, müharibə qaçılmaz olar. Bu məsələ hələ ki açıq alır. Heç kəs bunun proqnozunu bu saniyədən verə bilməz”.
Politoloq İraqda türkmənlərin qətlə yetirilməsinə və türk dünyasının bu məsələdəki susqunluğuna da toxundu: “Kərkükdə türkmənlərin çox olduğu yerdə ən zəngin neft yataqları var. Bax ona görə də orada belə proseslər baş verir. İraqda kürd dövlətinin yaradılması prosesi gedir. Bütün bunlar göz qabağındadır. Artıq Almaniya kürdlərin silahlı qüvvələrinə silah-sursat verməklə bağlı qərar qəbul edib. Dünyada böyük qlobal problemlər gedir. Burada Türkiyə nə edə bilər? Humanitar yardım göstərməlidir və göstərir. Gedib orada müharibə edə bilməz. Bunlar çox ciddi məsələlərdir. Emosional şəkildə bunların hamısını şərh etmək düzgün nəticələr verməz. Görək hadisələr necə inkişaf edəcək. Səddam Hüseyn diktator idi. İraqdakı kürd, türkmən, xristian və müsəlmanlardan ibarət böyük xalqların stabilliyini qoruyurdu. Bu rejim darmadağın edildi. İraq dövləti dağıdılıb və xəritədən silinib. Bu dövlətin dağılmasından bir çox xalqlar əzab çəkir. Ərəb, türkmən, kürd və başqa xalqlar. Kürdlərdən daim öz məqsədləri üçün istifadə ediblər. Sonra da kənara atıblar. İraqda çox faciəvi proseslər gedir. Bunları böyük faciə kimi dəyərləndirirəm”.
V.Quluzadə avqustun 2-5 arası Azərbaycan və Ermənistan arasında baş verən 3 günlük müharibə ilə bağlı da suallarımızı cavablandırdı. O hesab edir ki, Azərbaycan müharibəyə tam hazırdır: “Buna heç kəsin şübhəsi olmasın. Azərbaycan bu hadisələrdə özünü çox yaxşı göstərdi. Dəfələrlə demişəm, yenə deyirəm ki, məsələ bundan ibarət deyil. Burada Ermənistan Rusiyanın əlində olan bir alətdir. Bunu unutmaq olmaz. İmkan olanda sözsüz ki, Azərbaycan müharibə də edəcək, qalib də gələcəkdir. Sadəcə, buna ehtiyac yoxdur”.

 

Tags: SAVAŞ
Previous Post

“Azərbaycan Ermənistanla müharibəyə tam hazırdır”

Next Post

BMT-nin sabiq baş katibinə Nizami Gəncəvi mükafatı təqdim olunub

Bənzər yazılar

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcəyədək yüksələcək. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb....

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44

Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı...

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

26 İyul 2026 - 11:06

Ölkə ərazisində hava şəraiti yağmursuz keçib. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 26-sı saat 10:00-a olan...

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

24 İyul 2026 - 11:16

İranın ABŞ tərəfindən istifadə edilən Britaniya bazalarını "qanuni hədəf" hesab etdiyini açıqlamasından sonra, Britaniya hökuməti özünü 24 saat müdafiə etməyə...

Next Post

BMT-nin sabiq baş katibinə Nizami Gəncəvi mükafatı təqdim olunub

BMT-nin sabiq baş katibinə Nizami Gəncəvi mükafatı təqdim olunub

Son xəbərlər

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

26 İyul 2026 - 15:49
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44
Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

26 İyul 2026 - 15:41
Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

26 İyul 2026 - 11:13
Coratda 26 yaşlı gənc dənizdə boğulub

Coratda 26 yaşlı gənc dənizdə boğulub

26 İyul 2026 - 11:11
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

26 İyul 2026 - 11:09
FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

26 İyul 2026 - 11:06
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

25 İyul 2026 - 19:15
Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

25 İyul 2026 - 18:54
Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

25 İyul 2026 - 18:50
Putin Tokayevlə görüşüb

Putin Tokayevlə görüşüb

25 İyul 2026 - 18:17
Təyyarə evin damına çırpıldı: ölən var – Video

Təyyarə evin damına çırpıldı: ölən var – Video

25 İyul 2026 - 17:57
Ağdamın daha 2 kəndində yanğın başladı

Ağdamın daha 2 kəndində yanğın başladı

25 İyul 2026 - 17:45
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.