"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Bakıda ilk dəfə Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti üzrə beynəlxalq konfrans keçiriləcək

14 Yanvar 2026 - 16:37
in DÜNYA
FacebookVatsap

Yanvarın 16-sı Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans keçiriləcək.

Bunu da oxuyun

Kreml Ukrayna məsələsi ilə bağlı Aİ-yə qarşı ittihamlar irəli sürüb

Ərdoğan Qara dənizdə təhlükəsiz naviqasiyanın zəruriliyini vurğulayıb

Türkiyədə zəlzələ oldu

Elchi.az xəbər verir ki, tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora və digər rəsmilər, eləcə də Zikh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dakı nüfuzlu nümayəndələri, həmçinin, beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edəcək.

Konfransda Hindistan hökumətinin Zikhlərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə apardığı irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti, bu xüsusda Hindistan hökumətinin BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrə qarşı konvensiya” üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələləri müzakirə ediləcək.

Real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanılması və müvafiq qərarların qəbul olunması, xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqları, məhkəmə qərarları olmadan icra edilmiş edamların araşdırılması və BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında diskussiyalar aparılacaq.

Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının və akademik çevrələrin bu prosesdə rolu, onların hazırladığı hesabatların, hüquqi rəylərin və tövsiyələrin beynəlxalq qərar qəbuletmə mexanizmlərinə təsiri imkanları müzakirə mövzusu olacaq.

Qeyd edək ki, Zikhizm XV əsrdə yaranıb və öz doktrinasında kasta mənsubiyyətindən, cinsiyyətdən, və dilindən asılı olmayaraq, bütün insanlar arasında tam bərabərliyi təbliğ edir, bu səbəbdən də ənənəvi hindu kasta sistemini qəti şəkildə rədd edir. Hindistanda Zikh icmasının ümumi sayı təxminən 25 milyondan artıqdır. Zikhlər əsasən Hindistanın əsas kənd təsərrüfatı bölgəsi hesab edilən Pəncab ştatında məskunlaşıblar.

Qeyri-Hökumət Təşkilatları və müstəqil ekspertlər tərəfindən Beynəlxalq təşkilatlara təqdim edilmiş hesabatlarda Hindistan hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş silahlı basqınlar və repressiv siyasət nəticəsində təkcə 1984-cü ildə 8 000–17 000 Zikhin qətlə yetirildiyi, 50 000-dən çox Zikh üzvünün Hindistan hökumətinin təqiblərindən qaçaraq xarici ölkələrə mühacirət etdiyi qeyd edilir. 1980–1990-cı illərdə Pəncabda zikh icmasının minlərlə üzvü oğurlanıb və ya qaçırılıb, eyni zamanda, məhkəmə prosesi keçirilmədən qondarma ittihamlarla qətlə yetirilib. Hazırda hüquqlarını tələb edən Zikh fəallar “separatizm” və ya “casusluq” ittihamı ilə həbs edilir, Pəncabda polis reydləri artmaqda davam edir. Xaricdə yaşayan zikh fəallara qarşı terror aktları təşkil edilib ki, Kanada və ABŞ rəsmi qurumları bu terror aktlarının törədilməsində Hindistan xüsusi xidmət orqanlarını ittiham ediblər.

Xatırladaq ki, qaçan Zikh icmasının üzvlərinin böyük əksəriyyəti hazırda Kanada, Böyük Britaniya, ABŞ və Avstraliyada məskunlaşıblar. Onlar Hindistanda bu gün də davam edən siyasi repressiyalara qarşı ədalət tələb edirlər.

Zikh icması Hindistan hökumətindən 1984-cü il antizikh qırğınlarının rəsmi olaraq soyqırımı kimi tanınmasını, yeni müstəqil istintaq komissiyasının yaradılmasını, soyqırımın təşkilatçılarının məhkəmə qarşısına çıxarılmasını və 1980-1990-cı illərdə Pəncabda minlərlə məcburi yoxa çıxmış şəxsin taleyinin aydınlaşdırılması və günahkarların cəzalandırılmasını, qanunsuz həbs edilmiş zikh fəalların azadlığa buraxılması və onlara siyasi məhbus statusunun verilməsini tələb edir. Pəncabın muxtariyyətinin genişləndirilməsi, idarəetmədə mərkəzi hökumətin müdaxiləsinin qadağan edilməsi yer alır. Bundan əlavə, xaricdəki zikh fəallara qarşı transmilli repressiyaların, o cümlədən sui-qəsd və təhdidlərin dayandırılması, beynəlxalq araşdırmalara icazə verilməsi, eləcə də Hindistan hökumətinin 1984-cü il qırğınları üçün rəsmi üzr istəməsi və qurbanlara kompensasiya ödənilməsi tələb olunur.

Previous Post

İspaniyada həkimlər tətilə başlayıblar

Next Post

Sosial yardımların verilməsi ilə bağlı dezinformasiya…

Bənzər yazılar

Kreml Ukrayna məsələsi ilə bağlı Aİ-yə qarşı ittihamlar irəli sürüb

Kreml Ukrayna məsələsi ilə bağlı Aİ-yə qarşı ittihamlar irəli sürüb

24 Sentyabr 2026 - 14:00

"Avropa İttifaqının (Aİ) dondurulmuş Rusiya aktivlərindən əldə edilən 8 milyard avro məbləğində vəsaiti Ukraynaya köçürməsi oğurluq deməkdir". Elchi.az xəbər verir...

Ərdoğan Qara dənizdə təhlükəsiz naviqasiyanın zəruriliyini vurğulayıb

Ərdoğan Qara dənizdə təhlükəsiz naviqasiyanın zəruriliyini vurğulayıb

24 Sentyabr 2026 - 13:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenskiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsinin zəruriliyini bildirib və ticarət...

Gürcüstanda zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

24 Sentyabr 2026 - 12:07

Türkiyədə 5,4 bal gücündə zəlzələ olub. Elchi.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ Qaziantep, Şanlıurfa,...

Pakistan Əfqanıstanda 10 nöqtəyə zərbə endirib

Pakistan Əfqanıstanda 10 nöqtəyə zərbə endirib

24 Sentyabr 2026 - 11:54

Pakistan, Əfqanıstandan buraxılan pilotsuz uçuş aparatlarının (PUA) ölkəyə daxil olmaq cəhdinin qarşısını aldıqdan sonra Əfqanıstandakı 10 nöqtəyə hava zərbələri endirdiyini...

Next Post
Azərbaycanda pul bazası bu il 6% artıb

Sosial yardımların verilməsi ilə bağlı dezinformasiya...

Azərbaycanda bu klub liqadan kənarlaşdırıldı

Azərbaycanda bu klub liqadan kənarlaşdırıldı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Erkən evlilik uşağın seçim haqqının əlindən alınmasıdır” – Fariz Əkbərovdan erkən nikahlarla bağlı vacib açıqlamalar

“Erkən evlilik uşağın seçim haqqının əlindən alınmasıdır” – Fariz Əkbərovdan erkən nikahlarla bağlı vacib açıqlamalar

24 Sentyabr 2026 - 15:18
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

24 Sentyabr 2026 - 15:16
Zakir Həsənov Qazaxıstana başsağlığı verib

Zakir Həsənov Qazaxıstana başsağlığı verib

24 Sentyabr 2026 - 15:08
Mertsin partiya qərargahına hücum edilib

Mertsin partiya qərargahına hücum edilib

24 Sentyabr 2026 - 15:00
Beynəlxalq münasibətlər sisteminin diaqnozu

Beynəlxalq münasibətlər sisteminin diaqnozu

24 Sentyabr 2026 - 14:47
Millimiz Avropa çempionatında rekorda imza atdı

Millimiz Avropa çempionatında rekorda imza atdı

24 Sentyabr 2026 - 14:30
Bakcell-də hədiyyə mövsümü başladı

Bakcell-də hədiyyə mövsümü başladı

24 Sentyabr 2026 - 14:14
Biləsuvarda 17 kq narkotik aşkarlanıb

Biləsuvarda 17 kq narkotik aşkarlanıb

24 Sentyabr 2026 - 14:07
Kreml Ukrayna məsələsi ilə bağlı Aİ-yə qarşı ittihamlar irəli sürüb

Kreml Ukrayna məsələsi ilə bağlı Aİ-yə qarşı ittihamlar irəli sürüb

24 Sentyabr 2026 - 14:00
Bakıda studio mənzillər bahalaşır – Qiymətlər

Bakıda studio mənzillər bahalaşır – Qiymətlər

24 Sentyabr 2026 - 13:48
Azərbaycanda Həcc ziyarəti qonşu ölkələrdən niyə bahadır? – SƏBƏB

Azərbaycanda Həcc ziyarəti qonşu ölkələrdən niyə bahadır? – SƏBƏB

24 Sentyabr 2026 - 13:39
Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

24 Sentyabr 2026 - 13:28
Azərbaycanda 4 qız qaçırılıb

Azərbaycanda 4 qız qaçırılıb

24 Sentyabr 2026 - 13:13
Ərdoğan Qara dənizdə təhlükəsiz naviqasiyanın zəruriliyini vurğulayıb

Ərdoğan Qara dənizdə təhlükəsiz naviqasiyanın zəruriliyini vurğulayıb

24 Sentyabr 2026 - 13:00
Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanılıb – VİDEO

Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanılıb – VİDEO

24 Sentyabr 2026 - 12:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.