"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Beynəlxalq münasibətlər sisteminin diaqnozu

24 Sentyabr 2026 - 14:47
in XƏBƏR LENTİ
FacebookVatsap

Hətta aktiv siyasətdən uzaq dayananlar da yaxşı bilirlər ki, Prezident İlham Əliyevin nitqi hər zaman konkretdir. Dövlət başçısı öz ritorikasında demək olar ki, “təxminlərə” yer vermir.

Bunu da oxuyun

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Dəfələrlə elə olub ki, Prezident tərəfindən səsləndirilmiş bu və ya digər fikrinin əsl mahiyyət və təyinatını biz yalnız zamanla, hansısa konkret hadisə baş verəndən sonra anlaya bilmişik. Bəli, dövlət siyasəti tələb edir ki, müəyyən olunmuş hədəflərə aparan yolda minimum müqavimət ilə rastlaşmaq üçün strategiyanın müvafiq təfərrüatları ictimaiyyətdən gizlin saxlanılsın. Yeri gəlmişkən qeyd edək ki, populist-demaqoqlar daim çalışırlar dövlət siyasətinin sözügedən “həssas” xüsusiyyətindən qərəzli şəkildə öz xeyrinə istifadə etsinlər. Əlbəttə ki, ucuz rəğbət qazanmaq naminə demaqoqlar tərəfindən sərgilənən bu cür yanaşma milli maraqlara xidmət edə bilməz. Məsuliyyətsiz populizm əsl peşəkarlıq və vətənpərvərlikdən çox uzaq dayanan siyasi təlxəklikdir.

Etiraf olunmalıdır ki, Prezidentin çıxışları ölkənin siyasi ritorikasının strateji vurğularını müəyyən edir. Sözügedən amil istənilən demokratik ölkə üçün normal siyasi təcrübədir. Dövlət başçısı tərəfindən müəyyən olunmuş strateji vurğulara funksional məzmun qatanlar isə müvafiq vətəndaş cəmiyyəti institutlarında toplaşan vətənpərvər qüvvələr və müxtəlif dövlət qurumlarında çalışan səlahiyyət sahibləri olmalıdır. Həmin səlahiyyət sahibləri idarəetmə zəncirin zəif halqası olan zaman sistem axsayır və müxtəlif çətinliklər də yaşana bilir. Bu ən azından ona görə baş verir ki, dövlət siyasətinin uğuru həm də Prezidentin təşəbbüs və mesajlarının konkret sahələrin fəaliyyətində adekvat şəkildə əks olunmasından asılıdır. Təsadüfi deyil ki, təhlil, proqnoz və modelləşmə inkişaf etmiş ölkələrin effektiv idarəetmə sistemlərini xarakterizə edən əsas fəaliyyət metodlarındandır. Sözügedən metodlar tətbiq olunmayanda sistem, əsasən, inersiyalı fəaliyyət göstərir, sistemin şərti həlqələri isə daha çox sadəcə məsuliyyətin bir-birinə ötürülməsi ilə məşğul olur.

Əlbəttə ki, oxşar vəziyyət yaşanan yerdə funksional xətalar qaçılmazdır. Məhz bu məqamda yada düşən ilk məfhum müxtəlif ictimai-siyasi institutlar olmalıdır. Dövlət sisteminin sürətlə dəyişən reallığa çevik və adekvat adaptasiyasında iştirak etməli institutlar həm sistemin sabitliyini, həm də onun rəqabətə dözümlüyünü təmin edir. Müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış ictimai-siyasi institutlar dövlətin sanki ehtiyat enerji batareyasıdır. Bu ehtiyat enerji batareyaları nə qədər sağlam olsalar, dövlət də öz məqsədlərinə gedən yolda bir o qədər rəvan və stressli situasiyalardan uzaq olar. Qeyd edilən danılmaz təsbit ictimai sektorun, siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının tükənməz aktuallığına işarə edir. Sözügedən institutları cəmiyyətin aparıcı qüvvəsinə çevirə biləcək əsas amil isə sağlam siyasi mühitdir. Bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoqun da strateji hədəfi məhz ölkədə sağlam siyasi mühitin bərqərar olunmasıdır.

İdarəetmədə təhlil, proqnoz və modelləşmənin zərurəti kontekstində sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edən zaman dövlət başçısı tərəfindən vurğulanmış növbəti fikir xüsusi maraq doğurur: “Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Döyüşən tərəflər arasında qarşılıqlı düşmənçilik açıq xarakter alır.” Belə ki, Prezidentin “ətrafımızda müharibələr gedir”, “müharibələrin coğrafiyası genişlənir” və “qarşılıqlı düşmənçilik açıq xarakter alır” kimi sözləri region və dünyada müşahidə olunan prosesləri xarakterizə edirsə, dövlət başçısının “bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür” sözləri isə sadəcə siyasi proqnoz deyil, bu artıq müasir beynəlxalq münasibətlər sisteminin yoluxduğu “xəstəliyin” diaqnozudur.

Odur ki, dünyanın yoluxduğu xəstəliyin diaqnozu verilibsə, deməli, sıra “xəstənin” sağalmasına səbəb ola biləcək müalicə növünün dəqiq müəyyən olunmasında və “xəstənin” müalicə proseduralarına intizamlı şəkildə riayət edilməsindədir. Beləliklə, Prezident sürətlə dəyişən mühit fonunda dövlət və cəmiyyətin gələcək davranış modellərinin müəyyən olunması zərurəti ilə bağlı növbəti dəfə cəmiyyətə açıq mesajını ötürüb. Bu cür mühüm vəzifənin icrası üçün dövlət başçısının strateji mesajlarının mətbuatda sadəcə bir neçə gün ərzində aktual saxlanması ilə məhdudlaşmaq olmaz. Sağlam siyasi mühit məhz ona görə yaradılır ki, dövlət və cəmiyyətin potensialı inkişaf naminə səfərbər olunsun.

politoloq Asif Adil

Previous Post

Millimiz Avropa çempionatında rekorda imza atdı

Next Post

Mertsin partiya qərargahına hücum edilib

Bənzər yazılar

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39

İndi Yaxın Şərq regionu üçün həssas dövrdür, çünki Amerika qanunları pozur. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın...

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb. Elchi.az xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb. Məlumata görə,...

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08

Bakının rəmzi memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzinin binası Çin bayrağının rəngləri ilə işıqlandırılıb. Elchi.az AZƏRTAC-a istinadən xəbər verir...

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

01 Oktyabr 2026 - 14:52

Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının VIII qurultayının nümayəndələri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, Ümummilli Lider Heydər...

Next Post
Mertsin partiya qərargahına hücum edilib

Mertsin partiya qərargahına hücum edilib

Zakir Həsənov Qazaxıstana başsağlığı verib

Zakir Həsənov Qazaxıstana başsağlığı verib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37
Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

01 Oktyabr 2026 - 22:35
Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.