Beynəlxalq Kosmik Stansiyada vəzifədə olan yapon astronavt Kimiya Yui, Yer kürəsinin unikal təbiət hadisələrindən biri olan şimal işıqlarını kosmosdan görüntüləyib.
Elchi.az xəbər verir ki, qütb bölgələrində müşahidə olunan bu füsunkar təbiət hadisəsini qeydə alan Yui çəkdiyi görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Astronavt paylaşımında “Bu anı qeydə ala bildiyim üçün çox xoşbəxtəm. Amma ən çox da bu görüntüləri izləyən hər kəsin üzündə yaranacaq təbəssümü xəyal etmək məni sevindirdi” ifadələrini işlədib.
Şimal işıqları, digər adı ilə aurora borealis, Günəşdən gələn yüklü zərrəciklərin Yer kürəsinin maqnit sahəsi və atmosferi ilə qarşılıqlı təsiri nəticəsində yaranır. Bu qarşılıqlı təsir səmada yaşıldan bənövşəyiyə qədər uzanan rənglərdə gözqamaşdırıcı işıq dalğaları yaradır.
Yui’nin kosmosdan çəkdiyi görüntülər isə bu təbiət möcüzəsini fərqli bucaqdan görmək imkanı yaradıb.
Məryəm





















