Portuqaliyanın Bolqarıstandakı səfiri Anna Mariya Ribeyra da Silvanın cəsədi Sofiyadakı iqamətgahında aşkar edilib.
Elchi.az xəbər verir ki, bu barədə “24 çasa” qəzeti məlumat yayıb.
Məlumata görə, 66 yaşlı diplomat işə çıxmayıb, bundan sonra səfirlik əməkdaşları onu evində tapıblar. Ölümün ehtimal olunan səbəbi infarktdır. O, 2020-ci ilin dekabrından Portuqaliyanın Bolqarıstandakı səfiri vəzifəsində çalışırdı.
Məryəm





















