"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezident Ağdərədə “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub – YENİLƏNİB

13 Yanvar 2026 - 17:19
in SİYASƏT
FacebookVatsap

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub.

Bunu da oxuyun

Emi Karlon: ABŞ-Azərbaycan münasibətləri əlamətdar dövrünü yaşayır

İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Elchi.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azerbaijan International Mining Company Limited” şirkətinin prezidenti və baş icraçı direktoru Rza Vəziri dövlətimizin başçısına kompleks barədə məlumat verdilər.

Bildirildi ki, kompleksə mis flotasiya zavodu, nəm tullantı anbarı, elektrik yarımstansiyası və digər tikililər daxildir. Mədən və istehsalat üzrə ümumi sahəsi 929 hektar olan kompleks Türkiyə və Almaniya texnologiyası əsasında yenidən qurulub. Yenidənqurma və bərpa işlərinə 15,3 milyon manat özəl investisiya yatırılıb.

“Dəmirli” Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağ-mədən sənayesi üzrə işə başlayan ilk layihədir. Mis flotasiya zavodunda “Dəmirli” mədənindən çıxarılan filiz emal ediləcək və son məhsul – mis konsentratı istehsal olunacaq. Mis flotasiya zavodunun illik istehsal gücü 5,6 milyon ton filiz emalıdır.

1993-cü ildən Ermənistanın işğalı altında olan “Dəmirli” mis yatağı 2013-cü il mayın 13-dən etibarən təqribən 10 il ərzində qeyri-qanuni istismara məruz qalıb. O dövr üçün məlum olan 311 min ton çıxarılabilən mis ehtiyatının 218 min tonu, yəni 70 faizi qanunsuz şəkildə hasil edilib.

Hazırda qalıq ehtiyatların ilkin istismar dövrü 2025–2030-cu illəri əhatə edir. Bu müddətdə Çin Xalq Respublikasına 1,6 milyard manat dəyərində konsentrat şəklində 85 min ton mis metalının ixracı nəzərdə tutulur. Bununla belə, qarşıdakı illərdə mədənin mis ehtiyatlarının artırılması proqnozlaşdırılır. İlkin geoloji kəşfiyyat məlumatlarına əsasən, burada 470 min tona yaxın əlavə mis ehtiyatı mövcuddur. Aparılacaq 4 illik geoloji kəşfiyyat və tədqiqat proqramı nəticəsində bu ehtiyatların çıxarıla bilən həcmi dəqiqləşdiriləcək.

Kompleksdə ilkin mərhələdə 980 nəfər daimi işlə təmin olunub. Onlardan 260 nəfəri keçmiş məcburi köçkün, o cümlədən işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlardır. Növbəti illərdə əksəriyyəti yerli icmaları təmsil edən vətəndaşlar üçün daimi iş yerlərinin sayının 1250-yə çatdırılması planlaşdırılır.

Mədəndə hasilat Azərbaycan ərazisində bir sıra filiz yataqlarının kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında “AzerGold” QSC ilə ABŞ-ın “R.V. Investment Group Services” şirkəti arasında 2024-cü ildə bağlanmış saziş üzrə əməliyyat şirkəti “Azerbaijan International Mining Company Limited” tərəfindən aparılır.

Prezident İlham Əliyev tərəfindən 2024-cü ildə təsdiq edilmiş Qanuna əsasən hasilatın pay bölgüsü haqqında saziş üzrə dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə həvalə edilib.

Layihə çərçivəsində ətraf mühitin mühafizəsi üzrə kompleks tədbirlər həyata keçirilib. İlkin vəziyyətin qiymətləndirilməsi və ekoloji monitorinqlər aparılıb, nəticələr əsasında Ətraf və Sosial Mühitə Təsirin Qiymətləndirilməsi sənədi hazırlanıb. Layihə müddətində toz və səs emissiyalarının azaldılması, torpaq və su resurslarının qorunması məqsədilə müvafiq monitorinq, laborator analizlər, yaşıllaşdırma işləri və suyun təkrar dövriyyə sistemləri tətbiq olunur. Həmçinin fəaliyyət dayandırıldıqdan sonra ərazilərin texniki və bioloji rekultivasiyası təmin ediləcək.

Bu layihənin icrası Azərbaycanda qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması, ölkəmizin ixrac qabiliyyətinin artması, işğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların səmərəli və qanuni istifadəsinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, özəl investisiyaların cəlbi regionda sənaye və dağ-mədən sahəsinin müasirləşdirilməsinə və şaxələndirilməsinə, iqtisadi fəallığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına da mühüm töhfə verir. İşğaldan azad olunmuş ərazilərdə sahibkarlığın dəstəklənməsi istiqamətində Azərbaycan dövləti tərəfindən çox vacib qərarlar qəbul olunub. Həmin ərazilərimizdə dayanıqlı məskunlaşmanın, özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların cəlbi və əlverişli biznes mühitinin formalaşdırılması əsas strateji hədəflərindən biri kimi müəyyənləşdirilib. Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən, həmçinin bu ərazilərdə rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV və gömrük rüsumundan azaddır.

Prezident İlham Əliyev süxurların partladılması üçün rəmzi düyməni basdı.

***15:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub.

Prezident Ağdərədə “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub - YENİLƏNİB Prezident Ağdərədə “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub - YENİLƏNİB Prezident Ağdərədə “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub - YENİLƏNİB Prezident Ağdərədə “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub - YENİLƏNİB Prezident Ağdərədə “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub - YENİLƏNİB Prezident Ağdərədə “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub - YENİLƏNİB Prezident Ağdərədə “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub - YENİLƏNİB Prezident Ağdərədə “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub - YENİLƏNİB

Previous Post

Ceyhun Bayramov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb, siyasi məsləhətləşmələr keçirilib

Next Post

Prezident Ağdərənin Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub – YENİLƏNİB

Bənzər yazılar

Emi Karlon: ABŞ-Azərbaycan münasibətləri əlamətdar dövrünü yaşayır

Emi Karlon: ABŞ-Azərbaycan münasibətləri əlamətdar dövrünü yaşayır

25 Sentyabr 2026 - 14:43

Son 14 ay ərzində ABŞ və Azərbaycan arasında münasibətlərdə həqiqətən də əlamətdar bir dövr yaşanır və bunu yüksək qiymətləndirirəm. Elchi.az...

İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır

İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır

25 Sentyabr 2026 - 12:52

Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır. Elchi.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin sentyabrın 25-də...

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25 Sentyabr 2026 - 12:38

Suriyanın Azərbaycanla Birgə Biznes Şurası yaradılıb. Elchi.az Report-a istinadla xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal...

Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib

Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib

25 Sentyabr 2026 - 12:21

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”un tərkibində fəaliyyət göstərən...

Next Post
Prezident Ağdərənin Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub – YENİLƏNİB

Prezident Ağdərənin Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub - YENİLƏNİB

Direktorların işə qəbulu üzrə 941 namizədin müraciəti müsbət qiymətləndirilib

Direktorların işə qəbulu üzrə 941 namizədin müraciəti müsbət qiymətləndirilib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Roma Papası: “Dünya idarəolunmaz silahlanma yarışı ilə üz-üzədir”

Roma Papası: “Dünya idarəolunmaz silahlanma yarışı ilə üz-üzədir”

25 Sentyabr 2026 - 17:59
Qusarda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara baxış olub

Qusarda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara baxış olub

25 Sentyabr 2026 - 17:35
Tramp Si Cinpinlə danışıqlardan sonra “möhtəşəm nəticələr” gözləyir

Tramp Si Cinpinlə danışıqlardan sonra “möhtəşəm nəticələr” gözləyir

25 Sentyabr 2026 - 17:27
“Rusiyanın xeyir-duası olmadan nə Zəngəzur dəhlizi açılacaq, nə də…” – Deputatdan ŞOK proqnoz

“Rusiyanın xeyir-duası olmadan nə Zəngəzur dəhlizi açılacaq, nə də…” – Deputatdan ŞOK proqnoz

25 Sentyabr 2026 - 17:22
MN rəhbərliyi “Birliyin Gücü – 2026” birgə hərbi təlimini izləyib – VİDEO

MN rəhbərliyi “Birliyin Gücü – 2026” birgə hərbi təlimini izləyib – VİDEO

25 Sentyabr 2026 - 17:20
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

25 Sentyabr 2026 - 17:13
Bakcell-də hədiyyə mövsümü başladı

Bakcell-də hədiyyə mövsümü başladı

25 Sentyabr 2026 - 17:12
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb

Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb

25 Sentyabr 2026 - 17:07
FHN tərəfindən 27 Sentyabr – Anım Günü qeyd olundu

FHN tərəfindən 27 Sentyabr – Anım Günü qeyd olundu

25 Sentyabr 2026 - 17:00
İraqın Ən-Nəcəf hava limanı İrana bütün reysləri dayandırıb

İraqın Ən-Nəcəf hava limanı İrana bütün reysləri dayandırıb

25 Sentyabr 2026 - 16:50
“Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizi” üzrə saziş COP31-də imzalanacaq

“Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizi” üzrə saziş COP31-də imzalanacaq

25 Sentyabr 2026 - 16:44
Əraqçi Lavrovla Hörmüz boğazını və ABŞ ilə təmasları müzakirə edib

Əraqçi Lavrovla Hörmüz boğazını və ABŞ ilə təmasları müzakirə edib

25 Sentyabr 2026 - 16:38
“Birbaşa Bakı” Çempionlar Liqasında mübarizəni dayandırdı

“Birbaşa Bakı” Çempionlar Liqasında mübarizəni dayandırdı

25 Sentyabr 2026 - 16:25
Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edildi

Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edildi

25 Sentyabr 2026 - 16:17
Formula 1: Bakı Qran-Prisində sıralama turu başladı

Formula 1: Bakı Qran-Prisində sıralama turu başladı

25 Sentyabr 2026 - 16:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.