İraqın Ən-Nəcəf Beynəlxalq Hava Limanı yerli vaxtla cümə günü saat 02:00-dan (Bakı vaxtı ilə 03:00) etibarən xüsusi sərəncamadək İrana və əks istiqamətə bütün aviareysləri müvəqqəti dayandırıb.
Elchi.az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.
Hava limanının administrasiyası bəyan edib ki, qərar İraqın səlahiyyətli dövlət orqanlarının göstərişlərinə uyğun olaraq qəbul edilib. Aviaşirkətlərə və operatorlara müvafiq təlimatlar göndərilib.
Buna qədər İran Mülki Aviasiya Təşkilatı Bağdad Beynəlxalq Hava Limanının İran aviaşirkətlərinin reyslərini qəbul etməyi dayandırdığını bildirmişdi.
Uçuşların dayandırılması Ən-Nəcəf şəhərinin İraqın dini mərkəzlərinə, o cümlədən Kərbəlaya gedən yolda mühüm tranzit məntəqəsi olduğu iranlı zəvvarların marşrutlarına da təsir göstərəcək.
Məryəm





















