Roma Papası XIV Lev Fransaya səfəri zamanı, dünyanın yeni silahlanma yarışı mərhələsi ilə qarşılaşdığı bir fonda, Parisi qlobal dialoq və diplomatiyaya töhfə verməyə çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb.
“Nüvə silahına sahib olmağın təhlükəsizliyin zəmanəti olması kimi yanlış əqidə getdikcə daha çox yayılır. Lakin reallıqda bu, nəzarət edilməsi çətin olan yeni silahlanma yarışını körükləyir”, – deyə pontifik çıxışı zamanı bildirib.
O qeyd edib ki, “müharibə perspektivini qaçılmaz hesab edərək heç vaxt onunla barışmaq olmaz”. Onun sözlərinə görə, “sülhə can atan, insanların və xalqların ləyaqətinə, hüquqlarına hörmətlə yanaşan cəmiyyətləri qorumaq üçün dialoq və diplomatiyanı təşviq etmək lazımdır”.
Yelisey sarayında çıxış edən Roma Papası vurğulayıb ki, “silah səslərinin və çoxşaxəli böhranların” hökm sürdüyü dünyada Fransa, xüsusilə “doğma Avropamızda” “yorulmaz sülh və çoxtərəflilik yaradıcısı olaraq qalmalıdır”.
Pontifik həmçinin süni intellektin inkişafı mövzusuna toxunaraq, bu məsələdə “etik bəsirət” formalaşdırmağa çağırıb. O, “gündəlik həyatımıza müdaxilə edən və həyat tərzimizi müəyyənləşdirən maşınlar cənnətinin” gəlişi barədə xəbərdarlıq edib.
Məryəm




















