2022-ci il fevralın 10-dan sonra Rumıniya ərazisinə daxil olan ukraynalı qaçqınların sayı 16 milyonu ötüb.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin Sərhəd Polis İdarəsi məlumat yayıb.
Qurumun məlumatına görə, 2022-ci il fevralın 10-dan 2026-cı il sentyabrın 24-dək olan müddətdə ölkəyə 16 029 242 ukraynalı gəlib. Rumıniya hakimiyyəti bu cür hesablama prosesini 2022-ci il fevralın 10-dan həyata keçirir və həmin il fevralın 10-dan 24-dək olan dövrü “münaqişədən əvvəlki mərhələ” kimi təsnif edir.
Hazırda Rumıniyada təxminən 200 min ukraynalı qaçqın məskunlaşıb. Dəqiq statistika mövcud deyil, çünki ölkədən sığınacaq alan bir çox ukraynalı Rumıniyadan tranzit məntəqəsi kimi istifadə edərək daha sonra Qərbi Avropaya yollanır.
Məryəm





















