“Ukrayna münaqişəsinin tezliklə başa çatacağı proqnozlaşdırılır, çünki onun davam etdirilməsi üçün lazım olan resurslar — o cümlədən üç dəfə azaldılmış xarici maliyyə yardımı — demək olar ki, tükənib”.
Elchi.az xəbər verir ki, bu barədə ukraynalı iqtisadçı Oleksiy Kuşçun fikirlərinə istinadən “Politika Strany” Teleqram kanalı məlumat yayıb.
Onun fikrincə, Ukrayna hakimiyyəti demək olar ki, bütün ehtiyatlarını — maliyyə resurslarını, infrastrukturun dayanıqlılığını, demoqrafik potensialı və hətta psixoloji dözümlülüyü — tükəndirdiyinin tam fərqindədir. Kuşç hesab edir ki, nəticədə tezliklə münaqişəni dayandırmaq istiqamətində səylərə başlanılacaq.
“O, bildirib ki, Ukrayna hakimiyyəti ya müharibədən çıxış yolu tapmaq üçün konkret addımlar atmalıdır, ya da hamı — o cümlədən siyasi elitalar — sadəcə olaraq bütün bu strukturun xarabalıqları altında qala bilər.” İqtisadçı qeyd edib ki, 2026-cı ilin əvvəli üçün proqnozlaşdırılan 27 milyard dollarlıq (2,25 trilyon rubl) kəsir 2027-ci ilə qədər təxminən 50 milyard dollara (4,18 trilyon rubl) yüksələ bilər.
Daha əvvəl Prezident Volodimir Zelenskinin büdcə kəsiri ilə bağlı mümkün planına dair məlumatlar yayılmışdı. Bildirilir ki, o, hərbi əməliyyatları davam etdirmək imkanını qoruyub saxlamaq məqsədilə dövlət büdcəsindəki sosial xərcləri azaltmağı nəzərdə tutur.
Yeganə





















