"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

8 avqust və Azərbaycan müxalifəti

13 Avqust 2025 - 18:28
in SİYASƏT

Asif Adil

FacebookVatsap

Yazılarımızda 8 avqust tarixinə hələ uzun müddət davamlı şəkildə nəzər salacağıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqton səfəri və səfər zamanı əldə olunmuş nailiyyətlər onlarla, bəlkə də yüzlərlə müstəvidə təhlil və şərh oluna bilər. Sirr deyil ki, konkret siyasi nailiyyətlərin cəmiyyətin ictimai təfəkküründə təsbit olunması və siyasi mövqeyə çevrilməsi məhz ünvanlı təhlil və araşdırmalar vasitəsilə baş verir. Söhbət ideoloji kontekstindən gedən zaman isə ümumiyyətlə nəzəri işləmələr və konkret təbliğat strategiyasının mövcudluğu artıq zərurətə çevrilir.
Bəli, mətbuat olduqca mühüm siyasi amildir, ancaq ideoloji fəaliyyət müstəvisində onun funksiyası məlumatların tirajlanması ilə məhdudlaşır. Bu mənada “informasiya” (məlumat) sanki isti havada bir yel kimi sürətlə əsib keçir, onun təsiri anlıqdır. İdeoloji fəaliyyət isə davamlı olaraq cəmiyyətdə münbit siyasi iqlimi təmin edir. Odur ki, 8 avqust kimi unudulmaz və taleyüklü tarixin ətrafında məhz ideoloji müstəvidə işlər görülməlidir. Əks halda sosial şəbəkə Robin Qudları olan psevdodemokratların qərəz dolu və cılız şərhləri sayəsində Vaşinqton uğurları isti havada qısamüddətli sərin yel kimi tez əsib keçəcək və unudulacaqdır.
Misal üçün çox kiçik, ancaq radikal təfəkkürün mahiyyətini olduqca aydın şəkildə təsvir edən bir epizoda diqqət yetirək. Üzərinə vurulmuş yamaqların çoxluğundan öz ilkin rəngini çoxdan itirmiş sözügedən düşərgənin bayrağını əlindən buraxmayan Kərimli xəstə demaqogiyasında boğularaq qeyd edir: “Sülhlə ölkənin demokratikləşməsi arasında hansı əlaqə var?” Demokratiyanın mahiyyətini bilən şəxs bu cür sual verə bilməz. Demokratiyaya və peşəkar siyasətə heç bir aidiyyəti olmayan xalis demaqoq ucuz manipulyasiyalar naminə cılız hərəkət edərək bu cür sual verə bilər. Sülh mühiti demokratik münasibətlərin mövcudluğunu şərtləndirən və hətta onu mümkün edən prinsipial amildir. Sülh ümumiyyətlə inkişafın təzahürüdür. Bu sadə həqiqəti anlamaq üçün heç də filosof olmağa ehtiyac yoxdur. Yetər ki, vətəndaşı olduğun dövlətin inkişaf və uğurlarına səmimi sevinə biləsən.
Konkret cəmiyyətdə yaşanan həmrəylik mühitinin prinsipial ölçü meyarlarından biri məhz iqtidar-müxalifət dialoqunun mövcudluğudur. Siyasətdə dialoqun əhəmiyyəti sülhün mövcudluğu qədər önəmlidir. Əlbəttə ki, sülhü anlamayan həmrəyliyə də dəyər verə bilməz. Radikal təfəkkürün “parlaq” daşıyıcısı olan adını çəkdiyimiz bu demaqoq artıq çoxdandır ki, sağlam siyasi münasibətlər müstəvisində “geridönməz nöqtəni” keçib. Onun islah olunmasına heç ümid belə yoxdur. İstifadə etdiyi emosional ritorika sadəcə içindəki ideoloji vakuum və xain xislətinin pərdələnməsinə xidmət edir.
Bilmək lazımdır ki, ucuz demaqogiyanın peşəkar və demokratik müxalifətçiliyə heç bir aidiyyəti yoxdur. Əksinə, məsuliyyətsiz və qərəzli demaqogiya ilk növbədə radikal təfəkkürün əlamətləridir. Demaqogiyaya daha çox siyasi alver ilə məşğul olanlar arasında təsadüf olunur. Qeyd olunan təsbit sadə siyasi aksiomdur. Ona görə də ucuz demaqoqların populist fəaliyyətinin dövlət və cəmiyyətin inkişafı naminə aparılan demokratik siyasi müxalifətçilik ilə heç bir əlaqəsi yoxdur. Əlbəttə ki, bu cür yanaşmanı sərgiləyənlərin heç bir siyasi gələcəyi yoxdur. Elə bunu dərk etdikləri üçün də onların tək ümidi küçə iğtişaşlarıdır.
Yarı həqiqət, yarı zarafat deyək ki, əslində sözügedən düşərgənin bayraqtutanı kimi daha bir-iki personajın da Azərbaycan siyasətində qalması yaxşı olardı. Onlar muzey eksponatı kimi siyasi təkamül prosesinin müstəqillik dövründə hansı ibtidai səviyyədən başladığını bizə xatırlatmış olur. Ancaq pis həkim səhiyyənin əhəmiyyətini azalda bilmədiyi kimi, yaramaz xislətli demaqoqlar da peşəkar demokratik müxalifətçilik institutunun dövlət və cəmiyyətin inkişafında oynadığı rolun mahiyyətini kiçildə bilməzlər. Ölkədə fəaliyyət göstərən müxalif siyasi partiyaların sırasında bu dövlətin layiqli vətəndaşlarının sayı heç də az deyil. Bu cür siyasətçilərin obyektiv və peşəkar şərhləri sayəsində 8 avqustda əldə olunmuş tarixi nailiyyətlər ümummilli nailiyyətlər kimi təqdim olunur. Məhz bu cür siyasətçilər demaqoqlardan fərqli olaraq milli və siyasi həmrəyliyin keşiyində dayanırlar.
Avqustun 8-də Prezident İlham Əliyevin bəyanatında öz əksini tapmış bir fikrə diqqət yetirək: “Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik. Mən çox şadam ki, biz bu gün yeni, gözəl tarix yazırıq” – budur Azərbaycan bu gün inşa etdiyi sülh. Bu sülhdə özünü görməyənlər isə müxalifət deyil, bu xalqa düşmən kəsilmiş qüvvələrin maşalarıdır.

Bunu da oxuyun

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

Gürcüstan Patriarxlığı: Azərbaycanla münasibətlərimiz qarşlılıqlı hörmətə əsaslanır

Anar Bayramov səhiyyə naziri təyin edilib

 

politoloq Asif Adil

 

Previous Post

GİZLİ SAXLANILAN “QƏLƏBƏ PLANI”: ƏLİYEV BP-NİN RƏHBƏRİNƏ 17 İL ƏVVƏL NƏ DEYİR? – Zahid Orucdan sensasion yazı…

Next Post

Merz: Ukrayna ərazi məsələlərini müzakirə etməyə hazırdır

Bənzər yazılar

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

19 Oktyabr 2026 - 18:34

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant...

Gürcüstan Patriarxlığı: Azərbaycanla münasibətlərimiz qarşlılıqlı hörmətə əsaslanır

Gürcüstan Patriarxlığı: Azərbaycanla münasibətlərimiz qarşlılıqlı hörmətə əsaslanır

19 Oktyabr 2026 - 12:23

“Gürcüstan və Azərbaycan arasında münasibətlərin böyük tarixi var və onlar qarşlılıqlı hörmətə əsaslanır”. Elchi.az xəbər verir ki, bunu Gürcüstan Patriarxlığının Xarici...

Anar Bayramov səhiyyə naziri təyin edilib

Anar Bayramov səhiyyə naziri təyin edilib

19 Oktyabr 2026 - 11:36

Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Elchi.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam...

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib. Elchi.az...

Next Post

Merz: Ukrayna ərazi məsələlərini müzakirə etməyə hazırdır

Pensiya ödənişləri kəskin artdı - Səbəb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

19 Oktyabr 2026 - 20:11
Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 - 20:08
Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

19 Oktyabr 2026 - 20:07
ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

19 Oktyabr 2026 - 20:05
Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

19 Oktyabr 2026 - 19:25
Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

19 Oktyabr 2026 - 19:09
Dövlət əleyhinə çağırışlar edən və dini nifrət yayan daha 7 nəfər beynəlxalq axtarışa verildi

Dövlət əleyhinə çağırışlar edən və dini nifrət yayan daha 7 nəfər beynəlxalq axtarışa verildi

19 Oktyabr 2026 - 18:56
Parisdə etirazlar səbəbindən ehtiyat polis qüvvələri xidmətə çağırılır

Parisdə etirazlar səbəbindən ehtiyat polis qüvvələri xidmətə çağırılır

19 Oktyabr 2026 - 18:51
Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

19 Oktyabr 2026 - 18:47
Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

19 Oktyabr 2026 - 18:34
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir

“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir

19 Oktyabr 2026 - 18:26
Norveç 16 yaşdan kiçiklərə sosial şəbəkə və oyunları qadağan edir

Norveç 16 yaşdan kiçiklərə sosial şəbəkə və oyunları qadağan edir

19 Oktyabr 2026 - 18:13
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

19 Oktyabr 2026 - 17:56
“Le Figaro”: Tramp administrasiyası Kiyevi təslim olmağa sövq edir

“Le Figaro”: Tramp administrasiyası Kiyevi təslim olmağa sövq edir

19 Oktyabr 2026 - 17:48
“Şahinlərin Görüşü-2026” təlimində mürəkkəb taktiki manevrlər yerinə yetirilib – VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində mürəkkəb taktiki manevrlər yerinə yetirilib – VİDEO

19 Oktyabr 2026 - 17:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.