ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) Direktoru vəzifəsini icra edən Todd Lyons ölkədə heç bir cinayət keçmişi olmasa belə, qeyri-qanuni olaraq istənilən şəxsi saxlayacaqlarını, icazəsiz işçiləri işə götürən şirkətlərə qarşı da sərt tədbirlər görəcəklərini bildirib.
Elchi.az xəbər verir ki, Lyons CBS News-un “Face the Nation”a verdiyi müsahibədə ICE əməliyyatları ilə bağlı açıqlamalar verib.
O, ICE-nin öz resurslarını qeyri-qanuni immiqrantlara və cinayət tarixçəsi olanlara qarşı prioritetləşdirəcəyini və cinayəti olmayan, lakin ABŞ-da icazəsiz yaşayan şəxslərin də saxlanılacağını bildirib.
Lyons, iş yerində yoxlamaların davam edəcəyini və bu cür fəaliyyətlərə qadağanın olmadığını və ICE-nin təkcə qeyri-qanuni işçiləri deyil, həm də işəgötürənlərini də məsuliyyətə cəlb edəcəyini bildirdi.
CBS tərəfindən əldə edilən ICE məlumatlarına görə, ICE prezident Donald Trampın vəzifəyə başlamasından bəri təxminən 150.000 insanı deportasiya edib. Bunlardan 70,000-i yol hərəkəti və ya immiqrasiya cinayətlərinə görə cinayəti olan şəxslərdir.
Şayəstə Hüseynova


















