Misli Premyer Liqasının VIII turunda “Şamaxı” öz meydanında “Şəfa”nı qəbul edib.
Elchi.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqların heyətində Elnur Cəfərov (5) və Rauf Hüseynli (56 – pen.) fərqləniblər. Meydan sahiblərinin qollarını isə Jota (65), Həbib İsmayılov (82) və Rikardo Apolinario (90+3 – pen.) vurublar.
Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “Şamaxı” turnir cədvəlində 5-ci pilləyə yüksəlib. “Şəfa” isə 3 xalla 11-ci pillədə qərarlaşıb.
Günün son matçında “Araz-Naxçıvan” səfərdə “Sumqayıt”ın qonağı olacaq.





















