"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

FIFA U-20 Dünya Çempionatı 2027-nin rəsmi brendi təqdim olunub

16 Oktyabr 2026 - 16:58
in İDMAN
FacebookVatsap

FIFA 2027-ci ildə 20 yaşadək oğlanlar arasında keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi brendini təqdim edib.

Bunu da oxuyun

Misli Premyer Liqası: “Şamaxı” evdə “Şəfa”ya qalib gəldi

“Neftçi” azarkeşləri üçün “Qarabağ”la oyuna 3130 bilet ayırıb

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

Elchi.az xəbər verir ki, brend Azərbaycan və Özbəkistanda təşkil olunacaq turnirdə yeni nəsil futbol ulduzlarını tarix yazmağa dəvət edir.

“Bu oyun sənlikdir” rəsmi şüarı gənc futbolçulara və onları dəstəkləyən azarkeşlərə ünvanlanıb.

Bu şüar FIFA U-20 dünya çempionatının ruhunu əks etdirir və böyük uğurlara imza atmaq, yeni əlaqələr qurmaq, futbolun gələcəyinin formalaşmasına töhfə vermək imkanlarını önə çıxarır.

Turnirin Azərbaycan və Özbəkistanın mədəni irsindən bəhrələnən vizual konsepsiyası yerli kaşı və mozaikalardan ilham alır. Ənənəvi elementlər gənc nəslin zövqünə uyğun müasir naxışlar, rənglər və rəng keçidləri ilə yenidən təqdim olunur.

Rəsmi emblemdə gənc oyunçuların futbolun gələcəyini formalaşdırmaq potensialını göstərən, özünəməxsus dizayna malik, “SƏN” mənasını verən “U” hərfi yer alır. Bu dizayn futbolçuların və azarkeşlərin turnirin mərkəzində olduqlarını vurğulayır. Emblemdəki “U20” elementlərinin forması isə çempionatın rəsmi vizual üslubunun bütün materiallarında istifadə olunan dinamik naxışı əks etdirir.

Dinamik rəng keçidləri ilə zənginləşdirilmiş firuzəyi, yaşıl, bənövşəyi və qırmızı rənglərdəki parlaq palitra vizual konsepsiyanı tamamlayır və turnirə ev sahibliyi edəcək iki ölkəni vahid brend ətrafında birləşdirir.

FIFA-nın baş katibi Mattias Qrafström bildirib:

“FIFA dünya çempionatında öz ölkələrini təmsil etmək bu gənc futbolçular üçün karyeraları boyu qürurla xatırlayacaqları mühüm nailiyyətdir. Bu, eyni zamanda müxtəlif oyun üslubları ilə tanış olmaq, yeni mühitə uyğunlaşmaq və öz nəslinin ən yaxşı futbolçuları ilə rəqabətdə özünü sınamaq şansıdır. “Bu oyun sənlikdir” şüarı məhz onlara ünvanlanıb: bura onların futbolda öz izlərini qoymaq fürsəti qazandıqları səhnədir.

Səmərəli əməkdaşlığa görə minnətdar olduğum ev sahibləri Azərbaycan və Özbəkistanla birlikdə gənc futbolçulara dünya çempionatında bütün bacarıqlarını nümayiş etdirmələri üçün lazımi dəstəyi göstərmək və final fitindən uzun müddət sonra da xatırlayacaqları unudulmaz təcrübə qazandırmaq istəyirik”.

Bu gün turnirin rəsmi brendinin təqdimatı münasibətilə ev sahibi iki ölkənin paytaxtlarında tədbirlər keçiriləcək. Mundiala hazırlıq işlərinin sürətləndiyi bir vaxtda Bakı və Daşkəndin tanınmış məkanlarında rəsmi emblem nümayiş etdiriləcək.

AFFA-nın prezidenti Rövşən Nəcəf dünya çempionatının gənc futbolçular üçün geniş imkanlar yaradacağını vurğulayıb:

“FIFA U-20 dünya çempionatı 2027 müxtəlif ölkələrdən olan gənc futbolçulara öz istedadlarını nümayiş etdirmək, dəyərli beynəlxalq təcrübə qazanmaq və karyeralarında irəliyə doğru mühüm addım atmaq üçün geniş imkanlar yaradır. İnanırıq ki, turnir yüksək səviyyəli idman yarışı olmaqla yanaşı, gənc futbolçuların inkişafına və azarkeşlərin futbola marağının daha da artmasına xidmət edən mühüm platforma olacaq”.

Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Ravşan İrmatov da mundialın önəmindən danışıb:

“FIFA U-20 dünya çempionatı 2027 gənc futbolçulara öz istedadlarını beynəlxalq arenada nümayiş etdirmək, dəyərli təcrübə qazanmaq və peşəkar karyeralarında növbəti addımı atmaq üçün böyük imkanlar yaradır. İnanırıq ki, Özbəkistan və qardaş Azərbaycan xalqının ev sahibliyi edəcəyi mundial ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcək və dünyanın hər yerində futbol azarkeşlərinin rəğbətini qazanacaq”.

FIFA U-20 dünya çempionatı 2027 yarışın sayca 25-ci turniri olacaq və 1977-ci ildə Tunisdə keçirilmiş ilk turnirin 50 illiyinə təsadüf edəcək. Dieqo Maradona, Lionel Messi və Erlinq Holann bu nüfuzlu yarışda çıxış etmiş məşhur futbolçular sırasındadırlar. Qarşıdakı çempionat gənc nəslə futbolda öz izini qoymaq, azarkeşlərə isə gələcəyin ulduzlarını kəşf etmək şansı verəcək.

Mundialı stadionlardan izləmək istəyən azarkeşlər bilet satışı ilə bağlı məlumat almaq üçün FIFA.com/tickets səhifəsində qeydiyyatdan keçə bilərlər.

Previous Post

Azərbaycanda su elektrik stansiyalarında istehsal 15% artıb

Next Post

Şəhid ailələri və müharibə əlillərinin mənzil və reabilitasiya təminatı 2029-cu ilədək uzadıldı

Bənzər yazılar

Misli Premyer Liqası: “Şamaxı” evdə “Şəfa”ya qalib gəldi

Misli Premyer Liqası: “Şamaxı” evdə “Şəfa”ya qalib gəldi

16 Oktyabr 2026 - 17:25

Misli Premyer Liqasının VIII turunda "Şamaxı" öz meydanında "Şəfa"nı qəbul edib. Elchi.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan...

“Neftçi” azarkeşləri üçün “Qarabağ”la oyuna 3130 bilet ayırıb

“Neftçi” azarkeşləri üçün “Qarabağ”la oyuna 3130 bilet ayırıb

16 Oktyabr 2026 - 16:10

“Neftçi” Misli Premyer Liqasının 8-ci turu çərçivəsində keçiriləcək “Qarabağ”la oyun üçün azarkeşlərinə 3130 bilet ayırıb. Elchi.az xəbər verir ki, bu...

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

15 Oktyabr 2026 - 19:09

“Liverpul”un hücumçusu Bredli Barkola UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunun ən yaxşı futbolçusu seçilib. Elchi.az xəbər verir ki, bu...

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək

15 Oktyabr 2026 - 15:16

Azərbaycanın iki şahmat klubu oktyabrın 17-23-ü aralığında Monteneqronun Budva şəhərində keçiriləcək Avropa Kubokundə iştirak edəcək. Bu barədə Elchi.az-a Azərbaycan Şahmat...

Next Post
Şəhid ailələri və müharibə əlillərinin mənzil və reabilitasiya təminatı 2029-cu ilədək uzadıldı

Şəhid ailələri və müharibə əlillərinin mənzil və reabilitasiya təminatı 2029-cu ilədək uzadıldı

Misli Premyer Liqası: “Şamaxı” evdə “Şəfa”ya qalib gəldi

Misli Premyer Liqası: "Şamaxı" evdə "Şəfa"ya qalib gəldi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Lətif Kərimovun 120 illiyinə həsr olunan sərgi keçirilib

Lətif Kərimovun 120 illiyinə həsr olunan sərgi keçirilib

16 Oktyabr 2026 - 17:36
Hörmüz boğazında neft tankerində yanğın baş verib

Hörmüz boğazında neft tankerində yanğın baş verib

16 Oktyabr 2026 - 17:33
Misli Premyer Liqası: “Şamaxı” evdə “Şəfa”ya qalib gəldi

Misli Premyer Liqası: “Şamaxı” evdə “Şəfa”ya qalib gəldi

16 Oktyabr 2026 - 17:25
Şəhid ailələri və müharibə əlillərinin mənzil və reabilitasiya təminatı 2029-cu ilədək uzadıldı

Şəhid ailələri və müharibə əlillərinin mənzil və reabilitasiya təminatı 2029-cu ilədək uzadıldı

16 Oktyabr 2026 - 17:13
FIFA U-20 Dünya Çempionatı 2027-nin rəsmi brendi təqdim olunub

FIFA U-20 Dünya Çempionatı 2027-nin rəsmi brendi təqdim olunub

16 Oktyabr 2026 - 16:58
Azərbaycanda su elektrik stansiyalarında istehsal 15% artıb

Azərbaycanda su elektrik stansiyalarında istehsal 15% artıb

16 Oktyabr 2026 - 16:45
Cəbrayılda ADSEA-nın yeni inzibati binası istifadəyə verildi

Cəbrayılda ADSEA-nın yeni inzibati binası istifadəyə verildi

16 Oktyabr 2026 - 16:36
Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb

Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb

16 Oktyabr 2026 - 16:29
Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

16 Oktyabr 2026 - 16:17
“Neftçi” azarkeşləri üçün “Qarabağ”la oyuna 3130 bilet ayırıb

“Neftçi” azarkeşləri üçün “Qarabağ”la oyuna 3130 bilet ayırıb

16 Oktyabr 2026 - 16:10
Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib

Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib

16 Oktyabr 2026 - 16:02
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

16 Oktyabr 2026 - 12:28
Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

16 Oktyabr 2026 - 12:19
Mətbuat Şurasına yeni sədr seçilib

Mətbuat Şurasına yeni sədr seçilib

16 Oktyabr 2026 - 12:12
Spiker: 2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi ölkəmizin tarixində xüsusi yer tutur

Spiker: 2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi ölkəmizin tarixində xüsusi yer tutur

16 Oktyabr 2026 - 11:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.