FT: Zelenski cəbhədə və ölkə daxilində təzyiqlərlə üzləşdi.
Elchi.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğursuzluqları Ukrayna lideri Vladimir Zelenski üçün vəziyyəti daha da pisləşdirir, o, “döyüş meydanında və daxili cəbhədə” ciddi təzyiqlərlə üzləşir. Bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.
“Zelenski həm döyüş meydanında, həm də daxili cəbhədə ciddi təzyiqlərlə üzləşir”, – nəşrin bəyanatında deyilir.
Qeyd olunur ki, Zelenski Rusiya Silahlı Qüvvələrinin hücumu fonunda “ölkənin dayanıqlığını gücləndirməli” ehtiyacı olduğu üçün Ukraynada kabinet dəyişikliyi edib.
Bundan əvvəl FT onu da yazmışdı ki, ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı mövqeyini yenidən dəyişə bilər ki, bu da Avropa ölkələrində narahatlıq yaradır.
Şayəstə Hüseynova


















