“İlk öncə hansı sahəyə maraq varsa, o sahə üzrə araşdırma etmək lazımdır və müəyyan biliyə sahib olduqdan sonra artıq sosial platformalarda hesab açıb paylaşım etmək o mümkündür”- bu sözləri Elchi.az-a açıqlamasında Sosial Media mütəxəssisi Ələmdar Manafov deyib.
O, sosial media səhifələrmizi necə inkişaf etdirək sualımızı belə cavablandırıb:”Artıq biz həftə ərzində ən azı 2-3 paylaşım etdikdə, izləyicilərimiz artacaq. Ən əsası çalışmalıyıq ki, izləyicilər paylaşım etdiyimiz sahə üzrə daha çox hansı sual verirlərsə, o mövzu üzrə paylaşımlar etməliyik. Sual ola bilər ki daha çox axtarış edilməyən mövzular üzrə paylaşım edə bilərikmi? Əlbəttə həftə ərzində 1dəfə belə paylaşımlar edə bilərik”.
Bəs sosial mediadan necə pul qazanaq?
“Artıq müəyyən qədər izləyicimiz olduqdan sonra bizim sahəyə uyğun olan şirkətlər bizimlə əməkdaşlıq etmək istəyəcəklər və beləcə artıq öz biznesimizdən pul qazana biləcəyik. Bəs hər kəs biznes qura bilərmi sualı daha çox verilir. Əlbəttə hər kəs qura bilər, amma əziyyət və zəhmət olmalıdı, əgər olmasa siz yarı yolda biznesden uzaqlaşacaqsız. Az izlənmə və bəyənmə gəlsə belə durmadan həftə ərzində 2-3 dəfə paylaşım etmək lazımdır. Bizə əsas lazım olan, təməl biznesi qurmaq və bütün mövzular üzrə paylaşım etməkdir”.
Havar Şəfiyeva