İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində həyata keçirdiyi bombalı hücumda 2 fələstinli həyatını itirib, yaralananlar var.
Elchi.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın yerli mənbələrə istinadən verdiyi xəbərə görə, İsrail qüvvələri Rəfahın cənubunda Səlahəddin Sərhəd Qapısı yaxınlığında bir motosikleti hədəfə alıb.
Hücum nəticəsində 2 fələstinli ölüb, yaralananlar var.
İsrail ordusu dünən səhər saatlarında Rəfah bölgəsinə qurudan hücuma keçərək Qəzzanın Rəfah Sərhəd Qapısının Misirə açılan Fələstin tərəfini ələ keçirdiyini açıqlayıb.
Nuranə Məmmədova