Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Griffiths, Qəzzada vəziyyətin yeni kritik həddə çatdığını bildirərək, “İnsanların olduğu yerdə yardım göstərməyə davam edəcəyik” – deyib.
Elchi.az xəbər verir ki, BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Qriffits “X” sosial media hesabında Qəzzada baş verən hadisələrlə bağlı mesaj paylaşıb.
İsrailin son evakuasiya əmri və quru hücumunun daha çox ölüm və yerdəyişmə ilə nəticələnəcəyinə diqqət çəkən Griffiths, bir neçə gün ərzində on minlərlə insanın məcburi köçkün edildiyinə diqqət çəkib.
Nuranə Məmmədova