NATO Ukraynadakı münaqişəyə birbaşa müdaxilədən imtina edən bəyannaməni təsdiq edə bilər.
Elchi.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti sənəd layihəsinə istinadən məlumat yayıb .
Nəşrin məlumatına görə, Şimali Atlantika Alyansı iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək sammitdə belə bir qərar qəbul etməyə hazırlaşır . Materialda deyilir: “Yerdə çəkmə yoxdur”.
Bundan əvvəl Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ prezidenti Co Bayden Amerika qoşunlarının Ukraynaya göndərilməsinin əleyhinədir . Eyni zamanda Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun yeritmək niyyətini bir daha təsdiqləyib.
Nuranə Məmmədova