Fransa prezidenti Emmanuel Makron və Çin prezidenti Si Cinpin İranın nüvə probleminin sülh yolu ilə həllini müdafiə ediblər.
Elchi.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Siyasətçilər İranın nüvə probleminin sülh yolu ilə həllinə çağırıb və bir daha təsdiqləyiblər ki, hər iki ölkə vəziyyətin “siyasi və diplomatik həllini təşviq etmək üçün səy göstərəcək”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın nüvə silahına malik olmadığını bəyan edib .
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İrandakı nüvə obyektlərindən müfəttişlərini geri çəkəcəyi məlum olub.
Nuranə Məmmədova