Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 84-ə, itkin düşənlərin sayının isə 111-ə yüksəldiyi bildirilib.
Elchi.az xəbər verir ki, Əyalət Mülki Müdafiəsi açıqlamasında ölənlərin sayının 84-ə, itkin düşənlərin sayının isə 111-ə yüksəldiyini bildirib.
Açıqlamada silahlı qüvvələrin dəstəklədiyi axtarış-xilasetmə əməliyyatlarında 14 min 500 şəxsi heyətin çalışdığı, 30 təyyarə və 182 qayıqla 25 nəfərin fəlakət bölgələrindən xilas edildiyi bildirilib.
840 mindən çox insan daşqın və maddi ziyandan mənfi təsirlənsə də, 121 min 957 nəfər evini tərk etmək məcburiyyətində qalıb.
Yerli medianın məlumatına görə, bir milyondan çox insan əsas ehtiyaclara çıxışda ciddi çətinliklərlə üzləşib, 98 şəhərdə elektrik və internet xidmətləri tamamilə sıradan çıxıb.
Nuranə Məmmədova