İsrail tərəfinin Fələstinin radikal HƏMAS hərəkatının atəşkəs təklifi onun tələblərinə cavab vermədiyi üçün hücumu davam etdirəcəyini elan etdikdən sonra İsrail Müdafiə Qüvvələrinin (IDF) tankları və əsgərləri Qəzza zolağının cənubundakı Rəfaha daxil olub.
Elchi.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Fələstin təhlükəsizlik rəsmilərinin və Misir rəsmisinin sözlərinə görə, İsrail tankları Rəfah yaxınlığındakı Qəzza zolağına qonşu Misirlə olan Rəfah keçid məntəqəsinin 200 metrliyindən daxil olub .
Misir rəsmisi həmçinin qeyd edib ki, İDF əməliyyatının əhatə dairəsi məhdud görünür.
Bundan əvvəl İsrail hökumətindəki yüksək vəzifəli mənbə Fələstinin HƏMAS hərəkatının razılaşdığı Qəzza zolağında atəşkəs razılaşmasının yəhudi dövləti ilə müzakirə olunmadığını bildirmişdi . O, hərəkatı İsraili razılaşmaları pozan tərəf kimi göstərməyə çalışmaqda ittiham edib.
Nuranə Məmmədova