Venesuela prezidenti Nikolas Maduro Rusiya prezidenti Vladimir Putini rəsmi andiçmə mərasimi münasibətilə təbrik edib. Maduro birlik və sülh yolunda qətiyyətlə irəliləyən Rusiya xalqına hörmətini Putinə tərif dolu sözlərlə ifadə edib.
Elchi.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro Rusiya prezidenti Vladimir Putini vəzifəyə rəsmi başlaması münasibətilə təbrik edib.
Maduro sosial media hesabından paylaşdığı təbrik mesajında ” 5-ci dəfə Rusiya Federasiyasının prezidenti seçilən Putini Venesuela xalqı adından təbrik edirəm. Rusiya xalqına hörmət və ehtiramımı bildirirəm. birlik və sülh yolunda qətiyyətlə irəliləyir” – deyib.
Digər tərəfdən, mətbuata verdiyi açıqlamada Maduro Putin üçün tərif dolu cümlələr işlədib və “O, dünyanın ən böyük liderlərindən biridir. Putin Rusiya Federasiyasını dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirdi. Mən buradan cənab Putinə səslənirəm: Venesuela xalqı sizi sevir.”
Dünən Kreml Sarayında keçirilən mərasimdə Vladimir Putin and içib və beşinci dəfə Rusiya Federasiyasının prezidenti kimi rəsmi olaraq səlahiyyətlərinin icrasına başlayıb.
Nuranə Məmmədova