Birləşmiş Millətlər Təşkilatı 25 may tarixini “Ümumdünya Futbol Günü” elan edib. Bundan sonra 25 May Dünya Futbol Günü kimi qeyd olunacaq.
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası qəbul etdiyi qətnamə layihəsi ilə 25 Mayın “Ümumdünya Futbol Günü” kimi qeyd ediləcəyini açıqlayıb.
BMT Baş Assambleyasında keçirilən sessiyada bəzi digər idman növləri kimi futbolun da dünya sülhü və inkişafına verdiyi töhfəyə görə xüsusi bir günlə qeyd edilməli olduğu vurğulanıb.
Türkiyə və müşahidəçi üzv statusuna malik Fələstinin də olduğu 160-dan çox ölkənin sponsorluğu ilə Baş Assambleyaya təqdim edilən və 25 Mayın “Dünya Futbol Günü” kimi qeyd olunmasını təklif edən qanun layihəsi yekdilliklə qəbul edilib.
Futbola həsr olunmuş bu günün müəyyən edilməsində 25 may 2024-cü ildə 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunları zamanı bütün regionların təmsil olunduğu tarixdə ilk beynəlxalq futbol turnirinin 100 illiyi əsas götürülüb.
BMT-nin paylaşdığı qərar məktubunda “idmanın davamlı inkişafda mühüm vasitəçi olduğu”, “sülhün, tolerantlığın və hörmətin həyata keçirilməsinə töhfə verdiyi” təsdiqlənib.
Məktubda futbolun beynəlxalq idarəedici orqanı FİFA-nın rolundan əlavə, oyunun təşviqində regional və milli futbol federasiyalarının və əlaqədar assosiasiyaların mühüm roluna da toxunulub.
Qərar məktubunda bütün dövlətlər, BMT qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və özəl sektor milli prioritetlərə uyğun olaraq 25 May Ümumdünya Futbol Gününü qeyd etməyə və futbolun üstünlüklərini hər kəsə yaymağa dəvət olunub.
Nuranə Məmmədova