Mayın 8-də səhər saatlarında Kiyevdə çoxsaylı partlayışlar baş verib.
Elchi.az xəbər verir ki,bu barədə “TSN” kanalı məlumat yayıb.
Ukrayna Energetika Nazirliyinin rəhbəri German Qaluşenko ölkənin beş regionunda zədələnmiş energetika obyektləri barədə məlumat verib. Energetika naziri aydınlıq gətirir ki, İvano-Frankivsk, Vinnitsa, Kirovoqrad, Lvov və Poltava vilayətlərində enerji infrastrukturu obyektləri zədələnib.
“Nəticələr aydınlaşdırılır. Energetiklər onları aradan qaldırmaq üçün çalışırlar ” deyə Qaluşenkodan sitat gətirir.
Nuranə Məmmədova