Birləşmiş Ştatların sərhədini keçən sənədsiz miqrantlar arasında digər ölkələrin həbsxana və ya ruhi xəstəxanalarında olmuş şəxslər də var.
Elchi.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “WGAL”a müsahibəsində deyib.
“Onlar (indiki Amerika administrasiyası – Qeyd) qərara gəliblər ki, dünyanın hər yerindən insanların ölkəmizə daxil olmasına imkan verən açıq sərhədlər lazımdır: həbsxanalardan, psixiatrik xəstəxanalardan hamını qəbul edirik”, – deyə o bildirib.
Eyni zamanda Tramp etiraf edib ki, miqrantlar arasında ABŞ-a fayda verən insanlar da var.