“Ermənistan əslində Azərbaycanın mövqeyini çox yaxşı anlayır, dərk edir, nəticələri də hesablaya bilir. Bugün qarşı tərəfin prosesdən yayınma cəhdləri sadəcə vaxt qazanmağa, mümkün ehtimalları dəyərləndirməyə hesablanıb. İndiyə qədər İrəvan administrasiyası bir neçə kartdan istifadə etməyə cəhd etdi. Birincisi, Rusiya kartı idi. Ermənistan daxilində anti-Rusiya meyilləri gücləndi, hakimiyyət səviyyəsində kampaniyalar aparıldı, təxribatlar törədilərək imici aşağı salınmağa çalışıldı, Qərbə inteqrasiya gücləndirildi”.
Bunu Elchi.az Faktmedia.az-a anistinadən xəbər verir ki, politoloq Züriyyə Qarayeva deyib. Politoloq bildirib ki, Rusiyanın Ermənistana bağlı mövqeyində heç bir dəyişiklik olmadı:
“İkincisi, Qərb kartı idi. Beynəlxalq müşahidəçilərin bölgəyə gətirilməsi üçün Paşinyan əlindən gələni etdi, həssas bölgələrdə təxribatları gücləndirdi, Azərbaycanla bəzi ölkələrin münasibətlərində konfrontasiyanın artmasına rəvac verdi. Nəticədə Avropa İttifaqı missiyası şərti sərhəd xəttində yerləşdirilsə belə, Ermənistan leyhinə heçnə baş vermədi. Üçüncüsü, beynəlxalq təşkilatlar kartı idi. BMT TŞ çərçivəsində dinləmələrdə ölkəmiz əleyhinə bəzi məsələlər gündəmə gətirildi, Avropa Parlamentində Azərbaycanı hədəf alacaq qətnamələrin qəbuluna təkan verildi, Ədalət Məhkəməsinə absurd ittihamlarla müraciətlər olundu. Lakin bütün bunların heç biri ölkəmizi haqq yolundan çəkindirmədi. Ordumuz ərazi bütövlüyümüzün böyük hissəsini təmin edib. Bugün həm ordu, həm diplomatiya sayəsində yerdə qalan problemlər artıq həll olunmaq üzrədir. Bakının əlini gücləndirən amil əvvəla bizim diktə etdiyimiz şərtlərin haqlı olması, ikincisi, müstəqil xarici siyasət yürütməyimiz, üçüncüsü, ağıllı, praqmatik siyasət sayəsində qlobal məkanda maraqlı ölkəyə çevrilməyimizdir. İrəvan administrasiyası isə özü öz çirkabında boğulmağa məhkumdur. Onlara dəfələrlə bizimlə əməkdaşlıq təklifi olundu. Lakin haylar hər zamankı ənənələrinə sadiq olaraq kimlərinsə əlində alət olmaq yolunu seçir. Elə alət olduqları güclərin də mübarizələrində yox olub gedəcəyi gün kimi aydındır”.
Havar Şəfiyeva