"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

27 Oktyabr 2026 - 19:00
in SİYASƏT
FacebookVatsap

Oktyabrın 27-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələrinin hazırlıq iclası keçirilib.

Bunu da oxuyun

Milli Məclisin iclası başlayıb

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

İlham Əliyev İspaniya Kralına başsağlığı verib

Baş Prokurorluqdan Elchi.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun ev sahibliyi etdiyi tədbir İƏT-ə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsi və hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Habelə sözügedən tədbir oktyabrın 28-də Bakı şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünə hazırlıq məqsədi daşıyır.

Qurani-Kərimdən ayələrin oxunması ilə başlayan iclasda Qətər Dövlətinin nümayəndəsi, əvvəlki hazırlıq görüşünə sədrlik etmiş tərəfin təmsilçisi, Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov və İslam Əməkdaşlıq Təşkilatı Baş katibinin müavini çıxış ediblər.

İƏT-ə üzv dövlətlər tərəfindən Katibliyə təqdim edilmiş layihə və bəyanatların hazırlıq iclasında müzakirə olunaraq razılaşdırılması və qəbul edilmək üçün üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünə təqdim edilməsi ilə əlaqədar olaraq, Qətər Dövlətinin nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədova hazırlıq iclasına sədrlik etməsinin rəmzi ifadəsi təqdim edilib.

Heydər Məmmədov çıxışında korrupsiyaya qarşı mübarizənin hüququn aliliyinin təmin edilməsi, dövlət idarəçiliyində şəffaflığın artırılması və ictimai etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən institusional islahatların, müasir idarəetmə prinsiplərinin tətbiqinin və korrupsiyaya qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsinin ardıcıl dövlət siyasətinin mühüm istiqamətlərindən olduğunu bildirib.

Baş prokurorun müavini, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, qabaqcıl təcrübənin öyrənilməsinin və hüquq-mühafizə orqanları arasında əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafına və təşkilat çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.

İslam Əməkdaşlıq Təşkilatı Baş katibinin müavini isə çıxışında üzv dövlətlər arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinin, korrupsiyaya qarşı mübarizədə ortaq yanaşmaların təşviqinin və müvafiq qurumlar arasında institusional əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb. O, beynəlxalq təcrübə mübadiləsinin, qabaqcıl metodların tətbiqinin və dövlətlər arasında əlaqələndirilmiş fəaliyyətin genişləndirilməsinin bu sahədə səmərəli nəticələrin əldə olunmasına xidmət etdiyini qeyd edib.

İclasda müxtəlif üzv dövlətlərin nümayəndələri mövzu ilə bağlı çıxış edərək öz ölkələrinin təcrübəsini, mövcud yanaşmaları və gələcək əməkdaşlığın inkişafına dair təkliflərini bölüşüblər.

Belə ki, Səudiyyə Ərəbistanı, Mərakeş, Qətər, Qırğız Respublikası, Liviya, Livan, Sudan, İordaniya və digər iştirakçı dövlətlərin nümayəndə heyətləri sessiyanın yüksək səviyyədə təşkilinə görə öz təşəkkürlərini bildirib, həmçinin Nazirlər Görüşündə qəbul edilməsi nəzərdə tutulan qətnamə layihələri üzərində aparılan işləri yüksək qiymətləndirərək, bu istiqamətdə əməkdaşlığa sadiqliklərini ifadə ediblər.

Bundan başqa, tədbir zamanı iştirakçılar arasında aparılan geniş fikir mübadiləsi və müzakirələr korrupsiyanın ölçülməsi metodologiyalarının təkmilləşdirilməsi, bu sahədə vahid yanaşmaların təşviqi, milli təcrübələrin qarşılıqlı öyrənilməsi və beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyət kəsb edib.

Aparılmış konstruktiv müzakirələr nəticəsində iştirakçı dövlətlər qətnamə layihələri ilə bağlı bir sıra məsələlər üzrə konsensusa nail olunub.

Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilibBakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilibBakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilibBakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilibBakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilibBakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilibBakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilibBakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilibBakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib
Previous Post

Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

Next Post

Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

Bənzər yazılar

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

30 Oktyabr 2026 - 11:09

Milli Məclisin növbəti iclası başlayıb. Elchi.az xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib.

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07

Oktyabrın 28-də Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli...

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29 Oktyabr 2026 - 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Əlahəzrət, Toledo əyalətində...

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək

29 Oktyabr 2026 - 17:24

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək. Elchi.az-ın xəbərinə görə, bu barədə qanun layihəsi bu...

Next Post
Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

FİFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

FİFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

30 Oktyabr 2026 - 12:29
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi

“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi

30 Oktyabr 2026 - 12:20
Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12
Vergi Məcəlləsinə dəyişiklik olunur

Vergi Məcəlləsinə dəyişiklik olunur

30 Oktyabr 2026 - 12:05
Azərbaycan Kubokunda 34 illik rekord qeydə alındı

Azərbaycan Kubokunda 34 illik rekord qeydə alındı

30 Oktyabr 2026 - 11:59
Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

30 Oktyabr 2026 - 11:53
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

30 Oktyabr 2026 - 11:47
Filippində Mayon vulkanı püskürüb

Filippində Mayon vulkanı püskürüb

30 Oktyabr 2026 - 11:37
Mərkəzi Banka yeni səlahiyyət verilir

Mərkəzi Banka yeni səlahiyyət verilir

30 Oktyabr 2026 - 11:25
Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

30 Oktyabr 2026 - 11:17
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

30 Oktyabr 2026 - 11:09
Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

30 Oktyabr 2026 - 10:57
Kallas: Avropalılara Ukraynaya yardımı izah etmək getdikcə çətinləşir

Kallas: Avropalılara Ukraynaya yardımı izah etmək getdikcə çətinləşir

30 Oktyabr 2026 - 10:45
Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

30 Oktyabr 2026 - 10:38
Qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşıb

30 Oktyabr 2026 - 10:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.