Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək.
Elchi.az xəbər verir ki, açılış matçında “Turan Tovuz” doğma meydanda son çempion “Sabah”la üz-üzə gələcək.
Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 18:30-da başlayacaq.
Ehtiyatda bir oyunu olan “Sabah” 20 xalla turnir cədvəlinə başçılıq edir. “Turan Tovuz” isə 9 matçdan topladığı 15 xalla 4-cü pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
X tur
30 oktyabr
18:30. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Namiq Hüseynov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında X tura noyabrın 2-də yekun vurulacaq.





















