İsrail hərbçiləri Livan ərazisinin cənub hissəsinə yeni zərbə endiriblər. Hədəf şiə təşkilatı “Hizbullah”ın silahlı birləşmələrinin üzvü olub.
Elchi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“”Hizbullah” tərəfindən atəşkəs razılaşmasının dəfələrlə pozulmasına cavab olaraq İsrail Müdafiə Ordusu Livanın cənubunda yerləşən Ansariya yaşayış məntəqəsi ərazisində “Hizbullah” döyüşçüsünə zərbə endirib,” – deyə bəyanatda bildirilib.
Məryəm





















