ABŞ-ın vitse-prezidenti J.D.Vens Ukraynanı müttəfiq adlandırmaqdan imtina edib.
Elchi.az xəbər verir ki, onun “2WAY” portalına verdiyi müsahibədə dediklərini “Clash Report” nəşri yazıb.
Jurnalist siyasətçidən Kiyevi Vaşinqtonun müttəfiqi adlandırıb-adlandırmayacağını soruşub.
“Onlar, şübhəsiz ki, bəzi məsələlərdə tərəfdaşdırlar, amma düşünürəm ki, bizim maraqlarımız zaman-zaman bir-birindən fərqlənir”, – Vens qeyd edib.
Bundan əvvəl ABŞ-ın vitse-prezidenti bəyan etmişdi ki, Ukrayna NATO-ya üzv deyil və olmamalıdır.
Yeganə





















