2017-сi ildə uçot dərəcəsi daha iki dəfə

🗓 16.03.2017 09:20 ✍️ "Elçi" qəzeti
2017-сi ildə uçot dərəcəsi daha iki dəfə
2017-сi ildə uçot dərəcəsi daha iki dəfə artırılacaq - ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində uçot dərəcəsini daha iki dəfə, təxminən 1,375%-dək  artıracaq. "APA-Economics"-in verdiyi  xəbərə görə, bunu Açıq Bazar Əməliyyatları üzrə Komitə üzvlərinin əksəriyyəti proqnozlaşdırır. Ötən ilin dekabrında FED 2017-сi ildə uçot dərəcəsinin 3 dəfə artırılacağını proqnozlaşdırmışdı. "Artımı ABŞ iqtisadiyyatında vəziyyətin yaxşılaşması və prezident Donald Trampın iqtisadi siyasət üzrə təklifləri labüd edəcək”, deyə FED-in fevralın sonunda yaydığı məlumatda bildirilirdi. Qeyd edək ki, bu gün FED uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər artırıb. Elchi.az
 

Bənzər yazılar