Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluq etməkdə təqsirli bilinən Ədalət Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kolegiyasının qərarı ilə Ədalət Əsgərov 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə ötən il iyulun 1-də baş verib. Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Ədalət Əsgərov tutulub. O, Şərif Zülfüqarovun 20 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda təqsirli bilinib.
Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı
Lənkəranda bankomatdan pul çıxarmaq üçün kömək istəyən şəxslərin vəsaitlərini oğurlayan 44 yaşlı, əvvəllər məhkum olunmuş Ruhid Əliyev polis əməkdaşları tərəfindən...


















