"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Azərbaycanın 5 yeni silahı

26 Yanvar 2015 - 15:58
in MANŞET
FacebookVatsap

Azərbaycanın 5 yeni silahıMüdafiə Sənayesi Nazirliyində 2014-cü ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclası keçirilib.

Bunu da oxuyun

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

Tramp: İran çökməkdə olan bir ölkədir

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

Nazirlikdən virtualaz.org-a verilən məlumata görə, iclası açan müdafiə sənayesi naziri Yavər Camalov 2014-cü ildə respublikanın iqtisadi və ictimai-siyasi həyatında baş verən uğurlardan danışıb. Qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi altında çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi və mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində ölkə iqtisadiyyatı uğurla inkişaf edib, dövlət büdcəsinin həcmi durmadan artıb, əhalinin yaşayış səviyyəsi xeyli yüksəlib.

Nazir ötən ilin Müdafiə Sənayesi Nazirliyi üçün də yaddaqalan il olduğunu bildirib. Qeyd edib ki, 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq, ötən ildə Müdafiə Sənayesi Nazirliyi tərəfindən bir sıra müdafiə təyinatlı məmulatların istehsalını həyata keçirən müəssisələr istifadəyə verilib və regionda ilk dəfə olaraq birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi “ADEX-2014” Sərgisi keçirilib.

2014-cü ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən məmulatların yaradılması üzrə təcrübi-konstruktor işləri aparılıb, onlarla yeni növ müdafiə təyinatlı məmulatların istehsalı mənimsənilib, onların seriyalı istehsalı təmin edilib və yeni istehsal sahələrinin yaradılması üçün texnoloji avadanlıqların alınması istiqamətində müvafiq tədbirlər görülüb.

2014-ci ildə ümumi məhsul istehsalının həcmi 2013-cü illə müqayisədə 26,3 faiz artıb. Dövlət sifarişi üzrə məmulatların istehsalında da artıma nail olunub. Belə ki, istehsal proqramı üzrə nəzərdə tutulan müdafiə təyinatlı məmulatların istehsalı 2013-cü illə müqayisədə 21,7 faiz, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı isə 1,4 dəfə artıb. 2014-cü ilin nəticələrinə görə istehsal olunmuş və sifarişçilərə təhvil verilmiş müdafə təyinatlı məmulatların həcmi 2013-cü illə müqayisədə 30 faiz artıb.

Hesabat dövründə nazirliyin tabeliyində olan müəssisələr tərəfindən 4 mövzu üzrə təcrübi-konstruktor işləri tam başa çatdırılıb, 5 məmulatın isə istehsalı mənimsənilib və silahlanmaya tövsiyə olunaraq seriyalı istehsalı təşkil olunub. Ümumilikdə, mövzular üzrə 26 mərhələ tam yerinə yetirilib.

2014-cü ildə mülki məmulatların istehsalında 2013-cü illə müqayisədə 13,5 faiz artım əldə olunub, çeşidlərin sayı isə 450-ni ötüb.

2009-cu ildən beynəlxalq sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi ötən ilin aprel ayında Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən XIV Asiya Müdafiə Xidmətləri (DSA-2014) Sərgisində 132 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib.

Ötən ilin sentyabr ayında Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə regionda ilk dəfə olaraq, Bakı Ekspo Mərkəzində birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi “ADEX-2014” Sərgisi keçirilib. Sərgidə Türkiyə, ABŞ, Fransa, Polşa, İsrail, Belarus, Rusiya, Cənubi Afrika və s. daxil olmaqla dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edib.

“ADEX-2014” sərgisində Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirmişdilər. Ekspozisiya meydançasının 1000 kvadratmetrlik sahəsini əhatə edən Milli Pavilyon Azərbaycanın müdafiə sənayesinin yeniliklərini nümayiş etdirib.

İlk qatıldığı beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi “ADEX-2014” sərgisində 168 adda məmulat nümayiş etdirib. Sərgidə nazirliyin nümayiş etdirdiyi məmulatlar yerli və xarici nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi çərçivəsində hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə danışıqlar aparılıb və bir sıra yeni layihələrin reallaşdırılması məsələləri müzakirə olunub.

Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin, digər dövlət və hökumət nümayəndələrinin “ADEX-2014” sərgisini ziyarət etməsi sərginin əhəmiyyətini daha da artırıb.

Ötən ildə nazirliyin Elmi Tədqiqat İnstitutunda dövlət müdafiə sifarişi xətti ilə 10 mövzu üzrə təcrübi-konstruktor işləri aparılıb. Bununla yanaşı, daha 15 mövzu üzrə elmi tədqiqat işləri davam etdirilib.

2014-cü ildə nazirliyin Milli Aerokosmik Agentliyində 33 mövzu üzrə elmi tədqiqat və dövlət sifarişi çərçivəsində isə 3 mövzu üzrə təcrübi-konstruktor işləri davam etdirilib.

Hesabat dövründə nazirlikdə fəaliyyət göstərən Elmi-Texniki Şuranın müvafiq bölmələrinin keçirilən iclaslarında müxtəlif səpgidə mövzular üzrə müzakirələr aparılıb və bir sıra mövzular üzrə konkret təklif və rəylər qəbul edilib.

Kollegiya iclasında tabeli birlik və müəssisələrin fəaliyyətləri haqqında müəssisə rəhbərlərinin hesabat xarakterli çıxışları dinlənildi.

Sonda nazir Y.Camalov Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı Prezident İlham Əliyevin verdiyi tapşırıqları bir daha iclas iştirakçılarına xatırladıb. Nazir Ali Baş Komandan tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların və 2015-ci ildə nazirliyin qarşısında duran vəzifələrin icrası ilə əlaqədar struktur bölmə, birlik və müəssisələrin rəhbərlərinə xüsusi göstərişlər verib.

Previous Post

Azərbaycanın 5 yeni silahı

Next Post

Təhlükəsizlik xidmətinin rəisi daxili işlər naziri oldu

Bənzər yazılar

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

28 Avqust 2026 - 16:46

Bütün müstəqil ölkələr ABŞ-nin İrana qarşı iqtisadi müharibəsində iştirak etməkdən imtina etməli və İrana qarşı sanksiyalarının heçbirini tanımamalıdır. Elchi.az xəbər...

Tramp: İran çökməkdə olan bir ölkədir

Tramp: İran çökməkdə olan bir ölkədir

28 Avqust 2026 - 10:42

ABŞ prezidenti Donald Tramp İranın "dağılan ölkə" olduğunu iddia etdi. Elchi.az xəbər verir ki, Tramp sosial media hesabında İran haqqında paylaşımlar etdi....

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

27 Avqust 2026 - 17:17

Ölkədə qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin təminatında kənd təsərrüfatı mühüm rol oynayır. Bu sahənin inkişafında isə əsas amil aqrar sektorun...

ABŞ hələlik İranla danışıqlar aparmır

ABŞ hələlik İranla danışıqlar aparmır

27 Avqust 2026 - 17:07

ABŞ Prezidenti Donald Tramp administrasiyası münaqişənin dinc yolla nizamlanması üçün hələlik İranla danışıqlar aparmır. Elchi.az xəbər verir ki, bu barədə Ağ...

Next Post

Təhlükəsizlik xidmətinin rəisi daxili işlər naziri oldu

Təhlükəsizlik xidmətinin rəisi daxili işlər naziri oldu

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İsrailin saxladığı 36 türk fəal bu gün vətənə qaytarılacaq

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

29 Avqust 2026 - 18:02
UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

29 Avqust 2026 - 17:46
Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

29 Avqust 2026 - 17:24
AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

29 Avqust 2026 - 17:00
Sabah yağış yağacaq – PROQNOZ

Ölkədə hava şəraiti kəskin dəyişəcək, 3 gün yağış yağacaq

29 Avqust 2026 - 16:36
FHN-in əməkdaşı dünya çempionatının qalibi olub

FHN-in əməkdaşı dünya çempionatının qalibi olub

29 Avqust 2026 - 16:17
“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb

“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb

29 Avqust 2026 - 15:54
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

29 Avqust 2026 - 15:22
Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

29 Avqust 2026 - 14:48
21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

29 Avqust 2026 - 14:00
“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

29 Avqust 2026 - 13:08
Sabah leysan yağacaq, şimşək çaxacaq

Sabah leysan yağacaq, şimşək çaxacaq

29 Avqust 2026 - 12:37
Nikol Paşinyandan yeni təyinat

Nikol Paşinyandan yeni təyinat

29 Avqust 2026 - 12:08
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

29 Avqust 2026 - 11:50
Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

29 Avqust 2026 - 11:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.