"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“20-ci sahə”də evlər söküləcək, Xırdalana metro çəkiləcək – BAKININ BAŞ PLANI (VİDEO)

23 Fevral 2016 - 20:56
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

“20-ci sahə”də evlər söküləcək, Xırdalana metro çəkiləcək - BAKININ BAŞ PLANI (VİDEO)
 
“Böyük Bakının Regional İnkişaf Planı”nın layihəsi artıq hazırdır və Nazirlər Kabinetinə təqdim olunub. Paytaxtda ciddi dəyişikliklər olacaq, çünki Bakının gələcəyi ilə bağlı yeni böyük layihələr var. “Böyük Bakının Regional İnkişaf Planı” təsdiqləndikdən sonra şəhərin gələcəyinin necə olacağı çoxlarında maraq doğurur. Hazırlanan layihə 2030-cu ilə qədər olan dövrü əhatə edir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma şöbəsinin müdir müavini Fəxri Aydəmir APA TV-yə açıqlamasında bildirib ki, 2030-cu ilə qədər Bakının şəhər strukturu büsbütün dəyişəcək. Yeni plana əsasən, 282 hektarlıq ərazisi olan Bakı 5 inzibati ölçü vahidinə, yəni rayonlara bölünəcək. Bura mərkəzi Bakı, ətraf, şimal-şərq və cənub rayonları daxildir. Paytaxtın inkişafına Abşeron yarımadası, Sumqayıt və Xırdalan şəhərlərinin  prizmasından baxılacaq. Yeni planda Bakıətrafı dəmiryol xətlərinin bərpası nəzərdə tutulub. Layihəyə görə, dəmiryol vağzalının ərazisi kiçildiləcək, Dənizkənarı Milli Park isə əksinə böyüdüləcək.
Bakının baş planında Xırdalana metro, Sumqayıta sürət qatarlarının çəkilişi nəzərdə tutulur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Fəxri Aydəmirin sözlərinə görə, “Böyük Bakının Regional İnkişaf Planı” Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış saziş müqaviləsi əsasında işlənib hazırlanıb. Layihə 2014-cü ilin sonunda təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunub. “Böyük Bakının Regional İnkişaf Planı” iki mərhələdən ibarətdir. Birinci Böyük Bakının Regional İnkişafı , ikinci isə Bakının ərazilərinin istifadə və zonalaşdırma planı”dır.
“Böyük Bakının Regional İnkişaf Planı” layihəsində paytaxtın iqtisadi inkişafının əsas istiqamətləri ilə bağlı bəzi təkliflər əksini tapıb. Belə ki, şəhər mərkəzinin modernləşdirilməsi, Bakı metrosunun genişləndirilməsi və “Ağ şəhər” layihəsinin həyata keçirilməsi perspektiv və potensial layihələrdən sayılır.
Bakı ətrafında çoxzolaqlı dairəvi yolun salınması, Böyük Şor ərazisində Olimpiya şəhərciyinin, eləcə də Böyük Zirə adasında “İstirahət sağlamlıq kompleksi”nin tikilməsi layihənin əsas tərkib hissəsidir.
“Böyük Bakının Regional İnkişaf Planı” Sumqayıt, Abşeron rayonunun bir hissəsi Xırdalan şəhəri daxil olmaqla Bakının ərazisini əhatə edir. Bu layihələrin hər ikisi  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında işlənilib. 2014-cü ildə artıq hökumətə təqdim olunub. Bu daha çox konseptual, dövlət proqramlarının qəbul olunması üçün, müxtəlif proqram və tədbirlərin həyata keçirilməsi üçün işlənilmiş bir sənəddir. Planda şəhərin perspektiv inkişaf mərhələləri nəzərdə tutulub. Bakıda alt və lokal mərkəzlərin yaradılması nəzərdə tutulub. Bu daha çox Binəqədi və Bakıxanov rayonlarının ərazilərini əhatə edəcək. Eləcə də Sabunçu rayonlarında alt mərkəzlərin, ətraf ərazilərdə lokal mərkəzlərin yaradılması nəzərdə tutulub.
Baş plana əsasən, Bakıda pərakəndə tikililər söküləcək. Hazırda söküntü işləri “Sovetski” adlanan məhəllədə aparılır. Bundan əlavə “Xutor”, “Kubinka”, “Beşmərtəbə” adlanan zona və “20-ci sahə”də söküntü işlərinin aparılacağı gözlənilir.
“Böyük Bakının Regional İnkişaf  Planı”na əsasən, “Qara şəhər” adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və boşaldılmış ərazinin məskunlaşma üçün mənimsənilməsi də nəzərdə tutulur.
Fəxri Aydəmir qeyd edib ki, “Bakı Ağ şəhər” bulvarının salınması istiqamətində də işlər aparılır. Şəhərdəki sıxlığı aradan qaldırmaq üçün ali təhsil müəssisələrinin mərkəzdən köçürülməsi prosesi də həyata keçiriləcək. Komitə rəsmisinin sözlərinə görə, ali məktəblərin Ələt, Səngəçal, Zığ, Xocahəsən, Dübəndi, Sumqayıt, Böyük Şor ərazisinə köçürülməsi planlaşdırılır. Komitə rəsmisinin sözlərinə görə, köçürüləcək universitetlərin adları hələ bəlli deyil: “Bu, hələlik bir təklif formasındadır. Sonrakı mərhələdə köçürüləcək universitetlərin adları da məlum olacaq. Bundan əlavə zərərli sənaye zonasının paytaxtdan kənara, daha doğrusu Qaradağ rayonuna köçürülməsi nəzərdə tutulub. Planda Bakı şəhərindəki köhnə məhəllələrin sökülməsi ilə bağlı təkliflər öz əksini tapıb. Konkret ünvanlar haqqında danışmaq hələ tezdir. Nazirlər Kabinetinin sonuncu qərarı ilə son üç rayonun adı, əhalinin sayı və hansı əraziyə köçürülməsi artıq bəllidir. Söhbət  Binəqədi, Sabunçu və Qaradağ rayonlarının ərazisindən gedir. Bu pilot layihə 5 il müddətinə icra olunacaq”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakıda tramvay xəttinin yaradılması üçün müxtəlif variantlar üzərində çalışırlar. “Böyük Bakının regional inkişaf planı”nda artıq bu məsələ öz əksini tapıb. 2030-cu ilədək həyata keçiriləcək layihə Bakı şəhərində bir sıra istehsal sahələrinin də inkişafına təkan verəcək.
Previous Post

“20-ci sahə”də evlər söküləcək, Xırdalana metro çəkiləcək – BAKININ BAŞ PLANI (VİDEO)

Next Post

Səfir Sekutanın şifrəli mesajları – ABŞ Azərbaycandan nə istəyirmiş…

Bənzər yazılar

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

27 Avqust 2026 - 00:02

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə dəstəyə görə Azərbaycana və bir sıra digər ölkələrə təşəkkür edib. Elchi.az xəbər verir ki, Zelenski...

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

26 Avqust 2026 - 23:15

İstehlakçıların sağlamlığının qorunması, heyvan mənşəli qida məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin beynəlxalq tələblərə uyğunlaşdırılması və qida zəncirində çarpaz çirklənmə risklərinin...

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

26 Avqust 2026 - 23:12

Qazaxıstan və Sinqapur əsas diqqəti Orta Dəhlizin inkişafına yönəltməklə multimodal daşımalar, ticarət və rəqəmsallaşdırma sahələrində əməkdaşlığı genişləndirəcək. Elchi.az -ın məlumatına...

Qətərin Baş naziri sabah İrana səfər edəcək

Qətərin Baş naziri sabah İrana səfər edəcək

26 Avqust 2026 - 23:09

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani İranın yüksək vəzifəli rəsmiləri...

Next Post

Səfir Sekutanın şifrəli mesajları - ABŞ Azərbaycandan nə istəyirmiş...

Səfir Sekutanın şifrəli mesajları - ABŞ Azərbaycandan nə istəyirmiş...

Son xəbərlər

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

27 Avqust 2026 - 00:02
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

26 Avqust 2026 - 23:15
Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

26 Avqust 2026 - 23:12
Qətərin Baş naziri sabah İrana səfər edəcək

Qətərin Baş naziri sabah İrana səfər edəcək

26 Avqust 2026 - 23:09
Sahibə Qafarova Serbiyaya səfər edəcək

Sahibə Qafarova Serbiyaya səfər edəcək

26 Avqust 2026 - 22:52
Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib

Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib

26 Avqust 2026 - 22:50
Azərbaycanda 2389 məscid var

Azərbaycanda 2389 məscid var

26 Avqust 2026 - 22:35
Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

26 Avqust 2026 - 22:33
Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb

Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb

26 Avqust 2026 - 22:31
Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib

Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib

26 Avqust 2026 - 20:19
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır

26 Avqust 2026 - 20:18
Cəlilabadda zəlzələ baş verib

Cəlilabadda zəlzələ baş verib

26 Avqust 2026 - 20:15
Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

26 Avqust 2026 - 20:13
Tibetdə sel zamanı 3 nəfər ölüb, 260-dan çox insan itkin düşüb

Tibetdə sel zamanı 3 nəfər ölüb, 260-dan çox insan itkin düşüb

26 Avqust 2026 - 20:11
53 nömrəli marşrutun istiqaməti dəyişib

53 nömrəli marşrutun istiqaməti dəyişib

26 Avqust 2026 - 19:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.