Təhlükəsizlik dəhlizinin terror aktları üçün istifadə edildiyi bir vaxtda taxıl müqaviləsinin bərpası mümkün deyil.
Elchi.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
“Qara dəniz donanmasının gəmilərinə qarşı terror hücumları üçün təhlükəsizlik dəhlizindən istifadə yolverilməzdir. Eyni şərtlərlə taxıl müqaviləsi ola bilməz. Rusiya Ukrayna tərəfinə Afrika və Asiyanın ən ehtiyacı olan ölkələrinə getməli olan taxıl ixrac etmək imkanı verdi. Ancaq bu taxılın cəmi 3-4 faizi bu ölkələrə gedib, böyük hissəsi isə AB-nin zəngin dövlətlərinə yollandı”, – Volodin bildirib.
Kosmik müharibə təhlükəsi: Rusiyanın ABŞ-a sərt reaksiyası
ABŞ-ın orbitdə silah sistemlərinə malik olması barədə rəsmi bəyanatı Moskvada sərt reaksiyaya səbəb olub. Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonu kosmosda...





















Son şərhlər